Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-416/2023 14.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 sentyabr 2021-ci tarixli 24062778 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A02S ” markalı mobil telefon üçün 323 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 353 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 16 iyun 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2021-ci tarixli 24062778 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 36.80 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A02S” markalı mobil telefonu 441.60 manata satın almışdır. Cavabdeh tərəfindən 148 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 03 sentyabr 2021-ci tarixli 24062778 nömrəli “Müqavilə” üzrə 293.60 manat ödənilməmiş hissə və 29.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 03 sentyabr 2021-ci tarixli 24062778 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2021-ci il tarixli 24062778 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 36.80 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 441.60 manat olan 1 ədəd “Samsung Galaxy A02S” markalı mobil telefonu satın almış və İMEİ kodu **********32010 olan “Samsung Galaxy A02S (SM-A025) 32GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 may 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03 sentyabr 2021-ci il tarixli 24062778 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A02S ” markalı mobil telefon üçün 293.60 manat ödənilməmiş hissə və 29.40 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 18 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 03 sentyabr 2021-ci il tarixli 24062778 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A02S” markalı mobil telefonu 441.60 manata satın almışdır. Cavabdeh tərəfindən 420 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 03 sentyabr 2021-ci il tarixli 24062778 nömrəli “Müqavilə” üzrə 293.60 manat ödənilməmiş hissə və 29.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 03 sentyabr 2021-ci il tarixli 24062778 nömrəli üzrə hesablanmış 29.40 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03 sentyabr 2021-ci il tarixli 24062778 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A02S” markalı mobil telefon üçün 295.60 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27.40 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 sentyabr 2021-ci il tarixli 24062778 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A02S” markalı mobil telefon üçün 295.60 manat borc və ödənilmiş 27.40 manat dövlət rüsumu tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-416/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-416/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver