Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-417/2023 14.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 15 avqust 2022-ci il tarixli RGTK6204440A184 saylı kredit müqaviləsi üzrə 1105.96 manat əsas, 156.30 manat faiz borcu olmaqla, cəmi 1262.26 manat kredit borcu və ödənilmiş 32.62 manat dövlət rüsumunun İddiaçı ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 19 iyun 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2022-ci il tarixli RGTK6204440A184 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 1156.42 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 1105.96 manat əsas, 156.30 manat faiz borcu olmaqla, cəmi 1262.26 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İşə əlavə edilmiş 15 avqust 2022-ci il tarixli RGTK6204440A184 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2022-ci il tarixli RGTK6204440A184 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 20% olmaqla 36 ay müddətinə 1156.42 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 25 may 2023-cü il tarixli 15/3099 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 23 may 2023-cü il tarixə 1105.96 manat əsas, 156.30 manat faiz borcu olmaqla, cəmi 1262.26 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 23 may 2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən ki, İddiaçı ASC tərəfindən 32.62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2022-ci il tarixli RGTK6204440A184 saylı “Kredit müqaviləsi” ilə sonuncuya illik 20 % olmaqla 36 ay müddətinə 1156.42 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 1105.96 manat əsas, 156.30 manat faiz borcu olmaqla, cəmi 1262.26 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh arasında bağlanmış 15 avqust 2022-ci il tarixli RGTK6204440A184 saylı kredit müqaviləsi üzrə cəmi 1262.26 manat məbləğ tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 32.62 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385-1,216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15 avqust 2022-ci il tarixli RGTK6204440A184 saylı kredit müqaviləsi üzrə 1262.26 manat məbləğində vəsait və ödənilmiş 32.62 manat dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-417/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-417/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver