Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-42/2023 25.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edib, 07 iyul 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün Daşkəsən Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(030)-215/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh 400 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı əlavə ərizə ilə məhkəməyə mürcaiət edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Cavabdeh ilə 17 iyun 2015-ci ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar, lakin rəsmi nikah qeydiyyatından keçməmişlər. Birgə yaşadıqları dövrdə 07 iyul 2016-cı ildə Sevgi adlı bir uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(030)-215/2018 saylı qətnaməsi ilə Cavabdeh 07 iyul 2016-cı ildə doğulmuş X1 atası olması müəyyən edilmiş və uşağın maddi təminatı üçün 75 manat məbləğdə aliment təyin edilmişdir. Hazırda həmin məbləğdə alimentlə uşağın maddi tələbatını ödəyə bilmir. Cavbadeh isə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət etməsinə və yüksək məbləğdə əmək haqqı almasına baxmayaraq, uşağın saxlanılması üçün alimentdən başqa heç bir maddi köməklik göstərmir. Uşaq böyüdükcə onun maddi tələbatları da artır. Odur ki, məhkəmədən 07 iyul 2016-cı ildə doğulmuş X3 maddi təminatı üçün təyin edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 07 iyul 2016-cı ildə Sevgi adlı bir uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-215/2018 saylı 28 iyun 2018-ci il tarixli qətnaməsi uşağa atalıq müəyyən edilmiş və 75 manat məbləğində aliment təyin edilmişdir. Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissədə gizir işləyir və aylıq 550 manat məbləğində əmək haqqı alır. Odur ki, məhkəmədən alimentin onun əmək haqqının ¼ hissəsi miqdarında tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X6 07 iyul 2016-cı ildə Gəncə şəhəri Kəpəz rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydlıri kitabında 03 iyul 2017-ci il tarixdə 3015 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 07 iyul 2016-cı ildə anadan olmuş İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 12 oktyabr 2022-ci il tarixdə 37 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(030)- 215/2018 saylı saylı qətnaməsinun surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı 07 iyul 2016-cı ildə doğulmuş X1 atası olması müəyyən edilmiş, doğum haqqında akt qeydində uşağı soyadının “Qasımova”, adının “Sevgi”, ata adının “Röyal”, atasının “Cavabdeh” kimi yazılması, digər məlumatlar olduğu kimi saxlanılması, atalığın müəyyən edilməsi haqqında akt qeydinin aparılması Daşkəsən rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi, 07 iyul 2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 05 aprel 2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 75 (yetmiş beş) manat məbləğdə aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə 26 oktyabr 2022-ci il tarixli MŞG/1-05001 saylı arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 30 sentyabr 2022-ci il tarixdə saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 17 iyun 2015-ci ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar, lakin rəsmi nikah qeydiyyatından keçməmişlər. Birgə yaşadıqları dövrdə 07 iyul 2016-cı ildə X5 anadan olmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(030)-215/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı 07 iyul 2016-cı ildə doğulmuş X1 atası olması müəyyən edilmiş, doğum haqqında akt qeydində uşağı soyadının “Qasımova”, adının “Sevgi”, ata adının “Röyal”, atasının “Cavabdeh” kimi yazılması, digər məlumatlar olduğu kimi saxlanılması, atalığın müəyyən edilməsi haqqında akt qeydinin aparılması Daşkəsən rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi, 07 iyul 2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 05 aprel 2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 75 (yetmiş beş) manat məbləğdə aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda İddiaçı 07 iyul 2016-cı ildə doğulmuş X2 maddi təminatı üçün təyin edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment təyin olunmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2018-ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi orduda xidmət edir və aylıq əmək haqqı alır. Bu isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən alimentin sabit pul məbləğində tutulmasını istisna edir və iddiaçı həmin məcəllənin 76.1-ci maddəsinə əsasən alimentin hər ay qazancın (başqa gəlirlərin) hissəsi miqdarda tutulmasını tələb etmək hüququna malikdir. Ona görə də, məhkəmə iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, alimentin sabit pul məbləğində tutulmasına dair Daşkəsən Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(030)-215/2018 saylı qətnaməsi dəyişdirilərək bir uşağa görə hər ay cavabdehin qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən 1 uşağa görə hər ay valideynin qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 07 iyul 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarda aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər 30 sentyabr 2022-ci il tarixdə saat 16:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Sabit pul məbləğində alimentin tutulmasına dair Daşkəsən Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(030)-215/2018 saylı qətnaməsi dəyişdirilsin. 07 iyul 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarda aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-42/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-42/2023
25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver