Məhkəmə qərarları › İş №2(030)-421/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-421/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-421/2023 19.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 dekabr 2021-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 9A” markalı mobil telefon və “Samsung” yaddaş kartı üçün 248 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 278 manat məbləğin alınıb "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 20 iyun 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2021-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 23.20 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Xiaomi Redmi 9A” markalı mobil telefon və “Samsung” yaddaş kartını 332.40 manata satın almışdır. Cavabdeh tərəfindən 106.80 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 18 dekabr 2021-ci tarixli ******* nömrəli “Müqavilə” üzrə 225.60 manat ödənilməmiş hissə və 22.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 18 dekabr 2021-ci tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 23.20 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 332.40 manat olan 1 ədəd “Xiaomi Redmi 9A” markalı mobil telefonu, “Samsung” yaddaş kartını satın almış və İMEİ kodu **********60921 olan “Xiaomi Redmi 9A 2/32GB” markalı mobil telefon və “Samsung Microsdhc evo plus 32GB” yaddaş kartı Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 22 may 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 9A” markalı mobil telefon və “Samsung” yaddaş kartı üçün 225.60 manat ödənilməmiş hissə və 22.40 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 23 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 18 dekabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 9A” markalı mobil telefon və “Samsung” yaddaş kartını 332.40 manata satın almışdır. Cavabdeh tərəfindən 106.80 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 18 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 225.60 manat ödənilməmiş hissə və 22.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 18 dekabr 2021-ci il tarixli ******* nömrəli üzrə hesablanmış 22.40 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18 dekabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 9A” markalı mobil telefon və “Samsung” yaddaş kartı üçün 227.60 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27.53 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18 dekabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 9A” markalı mobil telefon və “Samsung” yaddaş kartı üçün 227.60 manat borc tutularaq "xxxx" X2 ödənilsin. Ödənilmiş dövlət rüsumunun 27.53 manatı Cavabdeh aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar