Məhkəmə qərarları › İş №2(030)-430/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-430/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-430/2023 21.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında бахараг MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 yanvar 2022-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən “MARSEL” markalı dolab üçün 214 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 244 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 07 iyul 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2022-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 198.33 manat ödəməklə 3 ay müddətinə “MARSEL” markalı dolabı 594.99 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 400 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 01 yanvar 2022-ci tarixli ******* nömrəli “Müqavilə” üzrə 194.99 manat ödənilməmiş hissə və 19.01 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 01 yanvar 2022-ci tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2022-ci tarixli ******* nömrəli “Müqavilə”yə əsasən “MARSEL” markalı dolabı satın almış, 01 yanvar 2022-ci tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “MARSEL 4 qapılı” dolab Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 30 may 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən “MARSEL” markalı dolab üçün 194.99 manat ödənilməmiş hissə və 19.01 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 31 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 01 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “MARSEL” markalı dolabı 594.99 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 400 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 01 yanvar 2022-ci il tarixli ******* nömrəli üzrə hesablanmış 19.01 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “MARSEL” markalı dolab telefon üçün 196.99 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27.62 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 вя 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “MARSEL” markalı dolab üçün 196.99 manat borcu və ödənilmiş 27.62 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar