Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-432/2023 25.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsuung Led” markalı televizor üçün 727 manat və 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 401 manat borc və ödənilmiş 31.28 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 04 iyul 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 47.50 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsuung Led” markalı televizoru 855 manata satın almışdır. 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 36.57 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 438.84 manata satın almışdır. Cavabdehin MMC-yə 15 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 661 manat ödənilməmiş hissə, 66 manat cərimə borcu və 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 364.84 manat ödənilməmiş hissə və 36.16 manat cərimə borcu olmaqla, ümumilikdə 2265 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 15 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 47.50 manat ödəməklə 18 ay müddətinə alqısatqı qiyməti 855 manat olan 1 ədəd “Samsuung Led ” markalı televizoru satın almış və 15 noyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsuung Led UE32T5300AUXRU” markalı televizor Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 36.57 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 438.84 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 17 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********85348 olan “Samsung Galaxy A12 (SM-A127) 32GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 25 may 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsuung Led” markalı televizor üçün 661 manat ödənilməmiş hissə və 66 manat cərimə borcu, 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 364.84 manat ödənilməmiş hissə və 36.16 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1128 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 26 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 31.28 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 15 noyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsuung Led” markalı televizoru 855 manata və 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 438.84 manata satın almışdır. Cavabdehin MMC-yə 15 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 661 manat ödənilməmiş hissə və 66 manat cərimə borcu, 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 364.84 manat ödənilməmiş hissə və 36.16 manat cərimə borcu olmaqla, ümumilikdə 1128 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 268 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 15 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 66 manat məbləğində cərimə azaldılaraq 2 manat, 17 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 36.16 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 663 və 17 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 366.84 manat, ümumilikdə 1029.84 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 31.28 manat məbləğində dövlət rüsumunun 28.55 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 663 manat, 17 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 366.84 manat borcun və ödənilmiş 28.55 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-432/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-432/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver