Məhkəmə qərarları › İş №2(030)-435/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-435/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-435/2023 21.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 sentyabr 2020-ci il tarixli 21197891 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Realme 5” markalı mobil telefon üçün 375 manat və 21 yanvar 2020-ci il tarixli 20051516 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 226 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 03 iyul 2023-cü il tarixdə “köçüb, bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli 21197891 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 24.50 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Realme 5” markalı mobil telefonu 528 manata satın almışdır. 21 yanvar 2020-ci il tarixli 20051516 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 29.50 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 354 manata satın almışdır. Cavabdehin MMC-yə 23 sentyabr 2020-ci il tarixli 21197891 nömrəli “Müqavilə” üzrə 341 manat ödənilməmiş hissə, 34 manat cərimə borcu və 21 yanvar 2020-ci il tarixli 20051516 nömrəli “Müqavilə” üzrə 206 manat ödənilməmiş hissə və 20 manat cərimə borcu olmaqla, ümumilikdə 601 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 23 sentyabr 2020-ci il tarixli 21197891 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli 21197891 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 24.50 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 528 manat olan 1 ədəd “Realme 5” markalı mobil telefonu satın almış və 23 sentyabr 2020-ci il tarixli 21197891 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********42975 olan “Realme 5 3/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 21 yanvar 2020-ci il tarixli 20051516 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 21 yanvar 2020-ci il tarixli 20051516 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 29.50 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 354 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 21 yanvar 2020-ci il tarixli 20051516 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********10720 olan “Samsung Galaxy A10 (SM-A105)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 23 may 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23 sentyabr 2020-ci il tarixli 21197891 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Realme 5” markalı mobil telefon üçün 341 manat ödənilməmiş hissə və 34 manat cərimə borcu, 21 yanvar 2020-ci il tarixli 20051516 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 206 manat ödənilməmiş hissə və 20 manat cərimə borcu olmaqla, ümumilikdə isə 601 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 24 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 23 sentyabr 2020-ci il tarixli 21197891 nömrəli müqaviləyə əsasən 1 ədəd “Realme 5” markalı mobil telefonu 528 manata və 21 yanvar 2020-ci il tarixli 20051516 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 324 manata satın almışdır. Cavabdehin MMC-yə 23 sentyabr 2020-ci il tarixli 21197891 nömrəli “Müqavilə” üzrə 341 manat ödənilməmiş hissə və 34 manat cərimə borcu, 21 yanvar 2020-ci il tarixli 20051516 nömrəli “Müqavilə” üzrə 206 manat ödənilməmiş hissə və 20 manat cərimə borcu olmaqla, ümumilikdə 601 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 335 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 23 sentyabr 2020-ci il tarixli 21197891 nömrəli müqavilə üzrə hesablanmış 34 manat məbləğində cərimə azaldılaraq 1 manat, 21 yanvar 2020-ci il tarixli 20051516 nömrəli müqavilə üzrə hesablanmış 20 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23 sentyabr 2020-ci il tarixli 21197891 nömrəli müqavilə üzrə 342 manat və 21 yanvar 2020-ci il tarixli 20051516 nömrəli müqavilələr üzrə 207 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27.40 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23 sentyabr 2020-ci il tarixli 21197891 nömrəli müqavilə üzrə 342 manat, 21 yanvar 2020-ci il tarixli 20051516 nömrəli müqavilə üzrə 207 manat borcun və ödənilmiş 27.40 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar