Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-435/2025 14.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X3 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X3 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Çıraxlı kəndində yaşayan Cavabdeh X7 vurulmuş 210,88 manat məbləğində ziyanın tutulub 14 saylı X3 Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X3 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, 30 aprel 2025-ci il tarixdə 14 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən Dəstəfur meşəbəyliyinin 4 sаylı meşə dolayısında yoxlama aparılan zaman Daşkəsən rayonu Çıraxlı kəndində yaşayan Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (özbaşına) köküstə yaş ağacları kəsərək X7 zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019cu il tarixli 30 nömrəli qərarı əsasında ümumilikdə 210,88 manat məbləğində zərər hesablanmışdır. Eyni zamanda, cavabdehin əməlindıə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinin tərkibi olduğundan barəsində 30 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən 30 aprel 2025-ci il tarixli 26/75/d saylı məktubla 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində 26 may 2025-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərarlardan şikayət verilməmiş və qərarlar qanuni qüvvəsini almışdır. 21 may 2025-ci il tarixli 3-14-27-09/2-082/2025 nömrəli məktubla Cavabdeh vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi üçün bildiriş məktubu göndərilmişdir. Lakin heç bir müsbət nəticəsi olmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X3 Mərkəzinin 30 aprel 2025-ci il tarixli 000289 nömrəli aktdan və həcm-qiymət cədvəlində görünür ki, Dəstəfur meşəbəyliyinin meşəbəyisi Ağamirzə Mürsəlov, Dəstəfur meşəbəyliyinin 6 sayıə meşə dolayısının gözətçisi Rauf Məmmədov, Daşkəsən rayonu Çiraqlı kənd sakini Cavabdeh iştirakı ilə akt tətrtib etmişlər ondan ötrü ki, 30 aprel 2025-ci il tarixdə Dəstəfur meşəbəyliyinin 4 saylı meşə dolayısında yoxlama aparılan zaman həmin ərazidə matorlu mişar səsi eşidilmiş, əraziyə yaxınlaşdıqda adı onlara sonra məlum olan Cavabdeh qanunsuz olaraq kök üstə yaş kəsilmiş ağaclardan birini doğrayan zaman saxlanılmışdır. Həmin əraziyə baxış keçirilən zaman vələs cinsindən diametri 30 sm-lik 1 ədəd, 44 sm-lik 1 ədəd, 38 smlik 2 ədəd, 30 sm-lik 2 ədəd, 40 sm-lik 1 ədəd, 34 sm-lik 2 ədəd, 28 sm-lik 1 ədəd, 20 sm-lik 1 ədəd, olmaqla, cəmi 11 ədəd köküstə yaş ağacları kəsmişdir. Bununla da, vətəndaş Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş 7 saylı əlavəyə və 30 sentyabr 2024-cü il tarxili 145 saylı qərarına əsasən, meşə fonduna 210,88 manat ziyan vurulmudur. Ağaclraın dib kötükləri meşə mühafizə mühəndisinə məxsus N- 142 meşə damğası ilə damğalanmışdır. İşə əlavə olunmuş İnzibati xəta haqqında 30 aprel 2025-ci il tarixli MN ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh 30 aprel 2025-ci il tarixdə Daşkəsən rayoinu Dəstəfur meşəbəyliyinin 4 saylı meşə dolayısından qanunsuz olaraq 11 ədəd köküstə yaş vələc cinsindən olan ağacları kəsmiş, nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşə əlavə olunmuş Daşkəsən rayonu Çıraqlı kənd sakini Cavabdeh 14 saylı X3 Mərkəzinin dirketorun yazmış olduğu izahatının surətindən görünür ki, 11 ədəd yaş köküstə ağacları kəsmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X3 Mərkəzinin 30 aprel 2025-ci il tarixli 3- 14-27-09/2-073/2025 nömrəli bildirişin surətindən görünür ki, 14 aprel 2025-ci il tarixdə 14 saylı X3 Mərkəzinin Dəstəfur meşəbəyliyinin 4 saylı meşə dolayısında qanunsuz (özbaşına) kök üstə yaş ağac kəsdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1-ci maddəsində nəzərdə tutulmuş inzibatiu xəta törətməyinə dair 14 saylı RMTM-nin əməkdaşları tərəfindən 14 aprel 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Odur ki, İXM-nin 57-ci maddəsinin tələblərinə əsasən Cavabdeh barəsindı tərtib edilmiş protokolun surəti ünvanına göndərilmişdir. Barəsində tərtib eidlmiş müvafiq protokol və toplanmış materialı qərar qəbul edilməsi üçün 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X3 Mərkəzinin 30 aprel 2025-ci il tarixli 26/75/d nömrəli məktubun surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 23 noyabr 2021-ci il tarixli 1065/Ü saylı əmrinə əsasən Daşkəsən rayonu Çıraxlı kəndində yaşayan Cavabdeh (AA 1441678, FİN xxxxxxx) 14 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş MN ******* nömrəli 30 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol müvafiq qaydada baxılması üçün 10 saylı Regioanl Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İşə əlavə olunmuş inzibati tənbeh vermə haqqında 26 may 2025-ci il tarixli MN ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 700 manat məbləğində fiziki şəxs qismində cərimə tənbeh növü tətbiq edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 may 2025-ci il tarixli 99/157/d nömrəli məktubunun surətindən görünür ki, aidiyyatı üzrə baxılması üçün göndərilmiş Daşkəsən rayonu Çıraqlı kəndində yaşayan Cavabdeh barəsində iş materialına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 23 noyabr 2021-ci il tarixli 1065/Ü saylı əmrinin 2.2-ci bəndinə əsasən yerləşdiyi əraziyə uyğun olaraq idarə rəisi tərəfindən baxılmış və barəsində İXM-nin 253.1-ci maddəsi rəhbər tutularaq fiziki şəxs qismində 700 manat məbləğində inzibati tənbeh vermə haqqında cərimə qərarı qəbul edilmiş və könüllü icra edilməsi üçün vətəndaşa ünvanlanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 aprel 2022-ci il tarixli 309/K nömrəli əmri ilə təsdiq edilmiş məqsədli büdcə fondlarının daxil olmalarının uçotu barədə Təlimatın 3-cü maddəsinin 3.1 bəndinə əsasən daxil olma mənbələri üzrə daxil olamaların təmin edilməsi və ödənilməsi, təmin edilməmiş vəsaitlər üzrə yaranan debitor borcların uçotu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən həyata keçirilməlidir. Odur ki, qeyd olunan Qərarın 14 saylı RMTM-nun debitor borclar siyahısında göstərilməsi və yaxud meşə fondunun müvafiq rekvzitinə ödətdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün qəbul edilmiş qərar 14 saylı X1 göndərilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Pprosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, 14 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən Dəstəfur meşəbəyliyinin 4 sаylı meşə dolayısının ərazisində araşdırma aparılarkən Dəşkəsən rayonu Çıraxlı kəndində yaşayan Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (özbaşına) olaraq köküstə yaş halda vələs cinsindən diametti 30 sm-lik 1 ədəd, 44 sm-lik 1 ədəd, 38 sm-lik 2 ədəd, 30 sm-lik 2 ədəd, 40 sm-lik 1 ədəd, 34 sm-lik 2 ədəd, 28 sm-lik 1 ədəd, 20 sm-lik 1 ədəd, olmaqla, cəmi 11 ədəd köküstə yaş ağacları kəsmiş, bununla təsərrüfata cəmi 210,88 manat məblğində ziyan vurulmuşdur. MMBM-nin əməkdaşları tərəfindən Cavabdeh yaş ağacları kəsməsi barədə onun iştirakı ilə aktı tərtib olunmuşdur. Lakin hal-hazıra kimi Cavabdeh tərəfindən vurulmuş 210,88 manat məbləğində ziyan ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 78-ci maddəsinə əsasən, meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. 79-ci maddəsinə görə, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[781] 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd olunan maddi hüquq normalara əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyanın müqabilində 210,88 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X3 Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır «Dövlət rüsumu» haqqında Azərbaycan Respublikası Qanunun 9.1.14-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda olduqda, 30 manat məbləğində dövlət rüsumu ödənilir. Ona görə də, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 210,88 (iki yüz on manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X3 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X4 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-435/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-435/2025
14.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver