Məhkəmə qərarları › İş №2(030)-44/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-44/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-44/2023 24.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 dekabr 2020-ci il tarixli 22155558 nömrəli “Müqaviləyə” əsasən İMEİ Kodu **********43562 olan “Samsung Galaxy A21s” markalı telefon üçün 500 manat ödənilməmiş hissə və 50 manat cərimə borcu olmaqla, cəmi 550 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2020-ci il tarixli 22155558 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 45,60 manat ödəməklə 12 ay müddətinə İMEİ Kodu **********43562 olan “Samsung Galaxy A21s” markalı mobil telefonu 587,20 manata satın almışdır. Cavabdeh 40 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə cəmi 87,20 manat ödəniş edilmişdir. Hazırda cavabdehin MMC-yə 500 manat ödənilməmiş hissə və 50 manat cərimə borcu olmaqla, cəmi 550 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. 17 mart 2021-ci ildə cavabdeh telefonu servisə atıb getmişdir. Bunun əsasında məhsul yoxlanılmış və cihazda heç bir qüsur aşkar olunmamışdır. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehlə aralarında telefon danışığı, həmçinin 04 avqust 2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, 24 dekabr 2020-ci il tarixdə İMEİ Kodu **********43562 olan “Samsung Galaxy A21s” markalı mobil telefonu "xxxx" MMC-dən onlayın sifariş və qızıl zəmanətlə satın almışdır. Telefonu aldığı vaxtdan düzgün işləməmiş, tez-tez donmuşdur. Pandemiya dövrü olduğu üçün telefonu 1 ay müddətdən MMC-yə təhfil verə bilməmiş, bir aydan sonra telefonu servisə təhvil verdikdə, usta da, telefonun donduğunu və telefonu yeniləmək üçün ayda bir dəfə servisə gəlməsini bildirmişdir. O, isə bununla razılşamış və telefonu problemlər şöbəsinə təhvil vermişdir. 2 ildən sonra MMC məhkəməyə müraciət etmişdir. Məhkəmədən cərimə borcunun silinərək iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 24 dekabr 2020-ci il tarixli 22155558 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2020-ci il tarixli 22155558 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 45,60 manat ödəməklə 12 ay müddətinə 587,20 manat məbləğində İMEİ Kodu **********43562 olan “Samsung Galaxy A21s” markalı mobil telefon satın almışdır. İşə əlavə edilmiş 24 dekabr 2020-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 24 dekabr 2020-ci il tarixli 22155558 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********43562 olan “Samsung Galaxy A21s”markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 11 oktyabr 2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 dekabr 2020-ci il tarixli 22155558 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 45,60 manat ödəməklə 12 ay müddətinə İMEİ Kodu **********43562 olan “Samsung Galaxy A21s” markalı mobil telefonu 587,20 manata satın almış, 40 manat məbləğində ilkin ödəniş etmişdir. İMEİ Kodu **********43562 olan “Samsung Galaxy A21s” markalı mobil telefon üçün 500 manat ödənilməmiş hissə və 50 manat cərimə borcu olmaqla, cəmi 550 manat məbləğində borcu vardır. Cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1% həcmində cərimə 148,50 (330 gen x 0,45 manat) manat hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olaraq 50 manat hesbalanmışdır. İşə əlavə edilmiş 12 oktyabr 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 16 yanvar 2023-cü il tarixli H 2228B saylı məktubdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 24 dekabr 2020-ci il tarixdə “Samsung Galaxy A21s DS (SM-A217) 64GB” markalı, **********43562 İMEİ Kodlu mobil telefon almaqla müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixdə məhsulu servisə atıb getmişdir. Bunun əsasında məhsul yoxlanılmış və cihaza heç bir qüsur aşkar olunmamışdır. Məhsulu servisdən təhvil alın, qalan borcu ödəməsi xahiş olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Belə iddiaçı ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2020-ci il tarixli 22155558 “Müqaviləyə” əsasən hər ay 45,60 manat ödəməklə 12 ay müddətinə İMEİ Kodu **********43562 olan “Samsung Galaxy A21s” markalı mobil telefonu 587,20 manata satın almışdır. Cavabdeh 40 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə cəmi 87,20 manat ödəniş edilmişdir. Hazırda cavabdehin MMC-yə 500 manat ödənilməmiş hissə və 50 manat cərimə borcu olmaqla, cəmi 550 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş üzrə təsdiq olunduğu kimi, "xxxx" MMC tərəfindən cavabdehə 50 manat məbləğində cərimə hesablanmışdır. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Ona görə də məhkəmə hesab edir ki, əsas borc məbləğinə nisbətdə tənasübsüzlüyü nəzərə alınaraq hesablanmış 50 manat məbləğində cərimə azaldılaraq 01 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 manat əsas və 01 manat cərimə borcu olmaqla, cəmi 501 manat məbləğində kredit borcu tutulub iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə, 03 manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24 dekabr 2020-ci il tarixli 22155558 nömrəli “Müqaviləyə” əsasən İMEİ Kodu **********43562 olan “Samsung Galaxy A21s” markalı telefon üçün 500 manat ödənilməmiş hissə, 01 manat cərimə borcu və ödənilmiş dövlət rüsumu əvəzi kimi 27 manat olmaqla cəmi, 528 (beş yüz iyirmi səkkiz) manat alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 03 (üç) manatı iddiaçı "xxxx" MMC-yə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar