Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-443/2024 22.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İsrail oğluna qarşı maneənin aradan qaldırılması, istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 İsrail oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onun Daşkəsən rayonu Alaxançallı kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh2 tərəfindən törədilən maneənin aradan qaldırılması, evdən istifadə hüququnun tanınması və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmetinə aid yaşyış evini 30 bundan əvvəl Cavabdeh2 ilə evi satın almışlar. Lakin evə dair heç bir rəsmi sənəd əldə etməmişlər. Cavabdeh2 və 9 övladı ilə birlikdə həmin evdə yaşamışlar. Lakin son zamanlar Cavabdeh2 ilə aralarında yaranmış narazılığa görə, iddiaçı ona öz evində rahat yaşamasına imkan vermir. Ona görə də, o, gah evin bir otağında, gah da qohumlarının evində qalır. 72 yaşında ahıl qadındır. Cavabdeh isə onun mübahisəli evdə yaşamağa, sərbəst istifadə etməyə maneə yaradır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərdi ki, Cavabdeh2 ilə 1970-ci ildə ailə qurduqdan sonra mərhum qayınatasına məxsus Daşkəsən rayonu Alaxançallı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bir evdə yaşamaqla ümumi təsərrüfatı aparmışlar. Sözügedən evdə yaşadıqları müddətdə birgə nikahdan 2 uşaqları doğulmuşdur. Təxminən 5-6 il sonra həyətdə yeni ev inşa etdikləri üçün ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Lakin son zamanlar Cavabdeh2 ilə aralarında yaranmış narazılığa görə, iddiaçı ona öz evində rahat yaşamasına imkan vermir. Ona görə də, o, gah evin bir otağında, gah da qohumlarının evində qalır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə ailə qurduqdan sonra İddiaçı onun atasına məxsus Daşkəsən rayonu Alaxançallı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Ailə qurandan 1-2 ay sonra ata evindən çıxmış, özlərinə başqa ev inşa etdirmiş və ailəsi ilə birlikdə həmin evdə yaşamışlar. Ata evində isə kiçik qardaşı yaşamışdır. 1990-cı illərdə qardaşı Daşkəsən şəhərinə köçmüşdür. 1994-cü ildə yenidən iddiaçı ilə birlikdə əvvəlki evə qayıtmışlar və orada yaşayırlar. Sonradan tikilmiş evdə isə oğlu öz ailəsi ilə yaşayır. 2018-ci ildə xəstələndikdən sonra uzun müddət müalicə olunmuşdur. Onun çətin vaxtlarında həyat yoldaşı Minayə ona qulluq etməmiş, ona hər hansı bir köməklik göstərilməmişdir. Ona görə də o, iddiaçının həmin evdə yaşamasına razı deyildir. Bu ev onun atasına məxsus olmuşdur Minayə gedib oğlu ilə birlikdə sonradan tikilmiş evdə yaşaya bilər. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh1 İsrail oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması üçün mümkün hesab etmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Texniki İnventarlaşdırma bürosunun 15 noyabr 1995-ci il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportunun surətindən görünür ki, Daşkəsən rayonu Alaxançallar kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh1 adına texniki pasport verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarını hərtərəfli və obyektiv təhlil edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə, məhkəmənin qətnaməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabrın 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna dövlət mənzil fondu, ictimai mənzil fondu, mənzil-tikinti kooperativləri fondu və fərdi mənzil fondu daxildir. Fərdi yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri 1982-ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına əsasən, yaşayış evindən istifadə edilməsi ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında yaşayış evi ilə bağlı hüquq münasibətləri fasiləli 1970-1990-cı illərdə yaranmışdır. Ona görə də mübahisəli məsələ əvvəlki Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu məcəllənin 53-cü maddəsinə göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarının köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı(əri), onların uşaqları və valideynləri, həmçinin icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsindən yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar (yəni mülkiyyətçinin arvadı (əri), uşaqları və valideynləri, habelə mülkiyyətçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər). Bəhs edilən Mənzil Məcəlləsinin 123-cü maddəsinə müvafiq olaraq İddiaçı ailə üzvü Cavabdeh2 ilə birlikdə sözügedən evdə 50 ildən artıq müddətdə birlikdə yaşayıb ümumi təsərrüfat aparmış və mənzildən istifadə hüququnu əldə etmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 1970-ci ildə ailə qurmuş Cavabdeh2 atasına məxsus Daşkəsən rayonu Alaxançallı kəndində yerləşən və hazırda mübahisə predmetinə aid olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Onlar həmin evdə yaşamaqla ümumi təsərrüfatı birgə aparmışlar. Sözügedən evdə yaşadıqları müddətdə tərəflərin birgə nikahdan uşaqları anadan olmuşdur. Bir müddət həmin evdə yaşadıqdan sonra tərəflər yaxınlıqda yeni ev inşa etmiş və qeyd edilən yaşayış sahəsinə köçmüşlər. 1994-cü ilədək həmin evdə yaşadıqdan sonra, tərəflər ikinci evi övladlarının istifadəsinə verib uşaqları ilə birlikdə yenidən Cavabdeh2 ata evinə qayıtmış və həmin evdə yaşamaqla ümumi təsərrüfatı aparmışlar. Həmin yaşayış evinin mülkiyyət hüququ əsasında qeydə alınmış olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırda Cavabdeh2 İddiaçı mübahisəli evdə yaşamasına və ondan istifadə etməsinə maneə yaratmış olmasını etiraf edir. Cavabdeh2 İddiaçı mübahisəli evdə yaşamasına razı olmamasını 2018-ci ildə xəstələndikdən sonra iddiaçının ona qulluq göstərməməsi və oğlunun istifadəsində olan evdə yaşamaq imkanının olması ilə əlaqələndirir. Məhkəmə cavabdehin etirazına münasibət olaraq qeyd edir ki, cavabdehin etirazının dəlilləri iddia tələbinin əsassızlığını təsdiq edən hər hansı bir fakta söykənməmişdir. Beləliklə, işin halları ilə müəyyən olunur ki, iddiaçı mübahisə predmetinə aid evdə istifadə hüququnu əldə etmişdir. Mübahisənin kökündə iddiaçının əldə etmiş olduğu hüququndan istədiyi kimi istifadə edə bilməməsi ilə bağlı məsələlər dayanır. Məhkəmənin qənaətinə görə iddiaçı uzun illər ərzində aşkar şəkildə əldə edilmiş olduğu hüququnun mövcudluğunun təsdiqini və bu hüququn həyata keçirilməsinin əksinə yönəlmiş olan maneələrin aradan qaldırılmasını öz haqlı mənafeyi üçün tələb edir. Odur ki, iddia tələbi təmin olunmalı, İddiaçı Daşkəsən rayonu Alaxançallı kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınmalı və o, həmin evə köçürülməli, onun həmin evdən istifadəsinə Cavabdeh2 tərəfindən törədilən maneələr dayanırılmalıdır. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Daşkəsən rayonu Alaxançallı kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün, evdən istifadə hüququ tanınsın. İddiaçı həmin evdən istifadə etməsinə Cavabdeh2 tərəfindən törədilən maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-443/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-443/2024
22.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver