Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-445/2023 16.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edib, Daşkəsən Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh 27 dekabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçü 220 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh 2006-cı ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 27 dekabr 2008-ci ildə Mahir adlı bir uşaqları anadan olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 01 avqust 2014-cü il tarixli 2(030)-335/2014 saylı qətnaməsi ilə 27 dekabr 2008-ci ildə anadan olmuş X1 üçün hər ay 60 manat məbləğində aliment təyin edilmişdir. Artıq bir neçə müddətdir ki, cavabdeh uşağın maddi, mənəvi, tibbi, sosial vəziyyəti ilə maraqlanmamış, aliment ödənişlərini vaxtında icra etməmişdir. Uşaq böyüdüyü üçün onun maddi tələbatları da artır. Cavabdeh isə uşağının saxlanılması üçün alimentdən başqa maddi yardım göstərmir. Ona görə də, iddiaçı cavabdehdən uşağı üçün məhkəmə qaydasında aliment tələb etməyə məcbur olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 01 avqust 2014-cü il tarixli 2(030)-335/2014 saylı qətnaməsi ilə 27 dekabr 2008-ci ildə anadan olmuş X1 üçün hər ay 60 manat məbləğində aliment təyin edilmişdir. Məhkəmə tərəfindən təyin olunmuş alimenti çətinliklə ödəyir. Heç bir yerdə işləmir və ailə üzvlərini saxlamaqda çətinlik çəkir. İddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməsi mümkün deyildir. Ona görə də, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 dekabr 2008-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. Bu barədə 13 yanvar 2009-cu il tarixdə Daşkəsən rayon qeydiyyat şöbəsi tərəfindən 08№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşə əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat şöbəsinin 05 avqust 2023-cü il tarixli 3-16-5/8- 69-315/2023 saylı arayışından görünür ki, xx xxxxxx 1990-cı ildə Daşkəsən rayonunda doğulmuş X5 adını dəyişdirmişdir. Bu barədə 14 noyabr 2016-cı il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 135 nömrəli adın, ata adının və soyasın dəyişdirilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Dəyişiklikdən sonra vətəndaşın Soyadı: Məmmədova, Adı: Fatimə, atasının adı: Rafiq qızı olmuşdur. İşə əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat şöbəsinin 05 avqust 2023-cü il tarixli 3-16-5/8- 69-316/2023 saylı arayışından görünür ki, Silyanoğlu Gökhan ilə X6 arasında 07 iyun 2021-ci il tarixdə nikah bağlanmış və Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1937 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikahdan sonra arvada “Silyanoğlu” soyadı verilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 01 avqust 2014-cü il tarixli 2(030)- 335/2014 saylı qətnaməsinin surətindən görünür ki, alimentin miqdarının artırılması tələbinə dair iddia qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X1 üçün 09 iyul 2014-cü il tarixdən başlayaraq hər ay Cavabdeh 60 (altmış) manat məbləğində aliment alınaraq iddiaçı X3 verilməsi, bununla əlaqədar Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra sənədi (məhkəmə əmri) üzrə icraata xx.xx.2014-cü il tarixdən xitam verilməsi, alimentin miqdarının artırılması tələbi üzrə Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə köçürülməsi qət edilmişdir. İşə əlavə edilmiş ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 16 iyun 2023-cü il tarixli 01958 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbinə dair” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan Cavabdeh mübahisə üzrə 16 iyun 2023-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər razılığa gəlməmişlər. İddiaçı Cavabdeh mediasiyanın tətəbiqi barədə 08 iyun 2023-cü il tarixli təklif məktubu göndərilmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək, müraciətin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında müəyyən edildi ki, X5 ilə Cavabdeh 2006-cı ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 27 dekabr 2008-ci ildə X7 anadan olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 01 avqust 2014-cü il tarixli 2(030)-335/2014 saylı qətnaməsi ilə 27 dekabr 2008-ci ildə anadan olmuş X1 üçün 09 iyul 2014-cü il tarixdən başlayaraq hər ay Cavabdeh 60 (altmış) manat məbləğində aliment alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. X5 adını dəyişdirimiş, bu barədə 14 noyabr 2016-cı il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 126 nömrəli adın, ata adının və soyasın dəyişdirilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Dəyişiklikdən sonra vətəndaşın Soyadı: Məmmədova, Adı: Fatimə, atasının adı: Rafiq qızı olmuşdur. Məmmədova İddiaçı Gökhan ilə aralarındakı nikahı 07 iyun 2021ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1937 akt qeydi qeydə aldırmaqla ailə qurmuş. Nikahdan sonra Silyanoğlu soyadını götürmüşdür. Hazırda İddiaçı 27 dekabr 2008-ci ildə anadan olmuş X1 üçün təyin edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2014-cü ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İddiaçı uşağının saxlanılması üçün 220 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il üçün “Yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 27 dekabr 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 130 manat məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mübahisə üzrə 16 iyun 2023-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər razılığa gəlməmişlər. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 55 manatın 27,50 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 01 avqust 2014-cü il tarixli 2(030)-335/2014 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. 27 dekabr 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 130 manat məbləğində aliment tutulub İddiaçı qızına ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində pul vəsaitinin 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik məbləği Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-445/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-445/2023
16.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver