Məhkəmə qərarları › İş №2(030)-458/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-458/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-458/2023 25.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı (“ERA Electronics” mağazası) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı İddiaçı (“ERA Electronics” mağazası) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 may 2021-ci tarixli 27479 saylı alqı-satqı müqaviləsinə əsasən 191 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 221 manat məbləğin alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 04 avqust 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, İddiaçı (“ERA Electronics” mağazası) ilə Cavabdeh arasında imzalanmış 06 may 2021-ci tarixli 27479 saylı alqı-satqı müqaviləsinə əsasən borclu “ERA Electronics”-dən kreditlə 579 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 44 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 13 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics” arasında bağlanmış olduğu 06 may 2021-ci tarixli 27479 saylı müqavilənin tələblrini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borclunun ödənilməsi barədə dəfələrlə şifahi və bir dəfə də rəsmi xəbardarlıq edilməsinə baxmayaraq o, “ERA Electronics”-ə olan borcunu 1 ildən çox müddətdir ki, ödəməmişdir. Borclu sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 44 manat məbləğində ödəniş etmişdir.Hazırda borclunun “ERA Electronics”-ə 171 manat əsas və 20 manat cərimə borcu vardır. Məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 06 may 2021-ci tarixli 27479 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı (“ERA Electronics” mağazası) ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı (“ERA Electronics” mağazası), bu müqavilənin müvafiq əlavəsində göstərilmiş malları, əvvəlcədən razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda və hissə-hissə ödənilmək şərtilə alıcıya (Cavabdeh) satmağı, alıcı isə həmin malların təhvil aldıqdan sonra malların dəyərini bu müqavilənin müvafiq əlavəsində qeyd olunmuş ödəniş qrafikinə əsasən hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş 06 may 2021-ci tarixli 27479 saylı alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsinin surətindən görünür ki, Cavabdeh “Samsung SM” markalı məişət avadanlığını ayda 13 ay müddətinə ayda 44 manat ödəmək şərti ilə əldə etmişdir. İşə əlavə edilmiş 16 iyun 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 06 may 2021-ci il tarixli 27479 saylı alqı-satqı müqaviləsinə əsasən hissə-hissə ödəmək şərtilə 579 manat dəyərində mal almışdır. Borclu həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 44 manat olmaqla, ümumilikdə 408 manat ödəniş etmişdir. Borclunun həmin müqavil üzrə 171 manat əsas və 20 manat cərimə borcu olmaqla, ümumilikdə 191 manat borcu qalmışdır. İşə əlavə edilmiş 21 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 06 may 2021-ci il tarixli 27479 saylı alqı-satqı müqaviləsinə “Samsung” markalı məişət avadanlığını 579 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 408 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 06 may 2021-ci il tarixli 27479 saylı alqı-satqı müqaviləsi üzrə hesablanmış 20 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 may 2021-ci il tarixli 27479 saylı alqısatqı müqaviləsinə əsasən “Samsung” markalı məişət avadanlığı üçün 173 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27.17 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 may 2021-ci il tarixli 27479 saylı alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı məişət avadanlığı üçün 173 manat borcun və ödənilmiş 27.17 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar