Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-46/2023 29.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20 dekabr 2021-ci il tarixli 2329nkGNDJ/21 nömrəli “Kredit müqaviləsi” üzrə 9417,80 manat əsas, 1013,16 manat faiz və 42,84 manat cərimə borcu olmaqla, cəmi 10473,80 manat kredit borcu, 0,40 manat xidmət haqqı və ödənilmiş 121,43 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2021-ci il tarixli 2329nkGNDJ/21 nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh1 20 dekabr 2021-ci il tarixdən 19 dekabr 2026-cı il tarixədək illik 18% olmaqla 9728 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə digər borclu (zamin) Cavabdeh2 ilə 20 dekabr 2021-ci il tarixli 2329nkGNDJ/21 nömrəli “Zaminlik müqavilə”si bağlanmışdır. Lakin cavabdehlər kredit müqaviləsinin şərtlərinə görə müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcu tam qaytarmamışlar. Cavabdehlərin 20 dekabr 2021-ci il tarixli 2329nGNDJ/21 nömrəli “Kredit müqaviləsi” üzrə 25 oktyabr 2022-ci il tarixə 9417,80 manat əsas, 1013,16 manat faiz və 42,84 manat cərimə borcu olmaqla, cəmi 10473,80 manat kredit borcu yaranmışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20 dekabr 2021-ci il tarixli 2329nkGNDJ/21 nömrəli “Kredit müqaviləsi” üzrə 9417,80 manat əsas, 1013,16 manat faiz və 42,84 manat cərimə borcu olmaqla, cəmi 10473,80 manat kredit borcu, 0,40 manat xidmət haqqı və ödənilmiş 121,43 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi qəbul edərək izahatında göstərmişdir ki, "xxxx" KB ASC-dən 20 dekabr 2021-ci il tarixli 2329nGNDJ/21 nömrəli “Kredit müqaviləsi”nə əsasən 5 il müddətinə illik 18% olmaqla 9728 manat məbləğində kredit götürmüşdür. Digər Cavabdeh2 isə müqavilə üzrə ona zamin durmuşdur. Əvvəllər ödəniş etsə də, sonradan ödənişləri dayandırmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 "xxxx" KB ASC-dən 20 dekabr 2021-ci il tarixli 2329nkGNDJ/21 nömrəli “Kredit müqaviləsi”nə əsasən 5 il müddətinə illik 18% olmaqla 9728 manat məbləğində kredit götürmüşdür. O, isə Cavabdeh1 zamin durmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 20 dekabr 2021-ci il tarixli 2329nkGNDJ/21 nömrəli “Kredit kartına dair müqavilə”sinin surətindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2021-ci il tarixli 2329nkGNDJ/21 nömrəli Kredit kartına dair müqaviləsi”nə əsasən Cavabdeh1 19 dekabr 2026-cı il tarixədək illik 18 % olmaqla 9728 manat məbləğində kredit verilmişdir. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədəvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş 20 dekabr 2021-ci il tarixli 2329nGNDJ/21 nömrəli “Zaminlik müqaviləsi”nin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Cavabdeh2 kredit alan Cavabdeh1 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 02 avqust 2022-ci il tarixli BANK/PİKMD saylı bildirişin surətindən görünür ki, Cavabdeh1 banka olan bütün borc məbləğini ödəmədiyi təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin, faizlərin, cərimələrin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 25 oktyabr 2022-ci il tarixli BANK/PİKMD/1065426 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 20 dekabr 2021-ci il tarixli 2329nGNDJ/21 nömrəli “Kredit müqaviləsi” üzrə 25 oktyabr 2022-ci il tarixə 9417,8 manat əsas, 1013,16 manat faiz və 42,84 manat cərimə borcu olmaqla, cəmi 10473,80 manat kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 25 oktybar 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən 121,43 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İşə əlavə edilmiş Cavabdeh1 və Cavabdeh2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin iddia tələbini qəbul edir və məhkəmədən iddia tələbinin təmin olunmasın barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımında qiymıət verilməılidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-ci мaddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2- ci мaddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5- ci мaddəsində göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılmış araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20 dekabr 2021-ci il tarixli 2329nkGNDJ/21 nömrəli “Kredit müqaviləsi” üzrə 9417,80 manat əsas, 1013,16 manat faiz və 42,84 manat cərimə borcu olmaqla, cəmi 10473,80 manat kredit borcu tutulub iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 121,43 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20 dekabr 2021-ci il tarixli 2329nkGNDJ/21 nömrəli “Kredit müqaviləsi” üzrə 9417,80 manat əsas, 1013,16 manat faiz, 42,84 manat cərimə borcu borcu, ödənilmiş 0,40 manat xidmət haqqı və 121,43 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10595,63 (on min beş yüz doxsan beş manat altmış üç qəpik) manat tutulub iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-46/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-46/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver