Məhkəmə qərarları › İş №2(030)-465/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-465/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-465/2023 16.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 may 2021-ci il tarixli 23095058 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 381 manat və 01 iyun 2021-ci il tarixli 23111846 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 246 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 26 iyul 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 may 2021-ci il tarixli 23095058 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 31.50 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu 567 manata satın almışdır. 01 iyun 2021-ci il tarixli 23111846 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 20.40 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 381.20 manata satın almışdır. Cavabdehin MMC-yə 25 may 2021-ci il tarixli 23095058 nömrəli “Müqavilə” üzrə 346.50 manat ödənilməmiş hissə, 34.50 manat cərimə borcu və 01 iyun 2021-ci il tarixli 23111846 nömrəli “Müqavilə” üzrə 223.90 manat ödənilməmiş hissə və 22.10 manat cərimə borcu olmaqla, ümumilikdə 627 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 25 may 2021-ci il tarixli 23095058 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 may 2021-ci il tarixli 23095058 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 47.50 manat ödəməklə 18 ay müddətinə alqısatqı qiyməti 567 manat olan 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu satın almış və 25 may 2021-ci il tarixli 23095058 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei kodu **********80445 olan “Samsung Galaxy A12 (SM-A125) 64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 01 iyun 2021-ci il tarixli 23111846 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01 iyun 2021-ci il tarixli 23111846 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 20.40 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 381.20 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 01 iyun 2021-ci il tarixli 23111846 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********63192 olan “Samsung Galaxy A10s (SM-A107)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 01 iyun 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25 may 2021-ci il tarixli 23095058 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 346.50 manat ödənilməmiş hissə və 34.50 manat cərimə borcu, 01 iyun 2021-ci il tarixli 23111846 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 223.90 manat ödənilməmiş hissə və 22.10 manat cərimə borcu olmaqla, ümumilikdə isə 627 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 02 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 25 may 2021-ci il tarixli 23095058 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu 567 manata və 01 iyun 2021-ci il tarixli 23111846 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 381.20 manata satın almışdır. Cavabdehin MMC-yə 25 may 2021-ci il tarixli 23095058 nömrəli “Müqavilə” üzrə 346.50 manat ödənilməmiş hissə və 34.50 manat cərimə borcu, 01 iyun 2021-ci il tarixli 23111846 nömrəli “Müqavilə” üzrə 223.90 manat ödənilməmiş hissə və 22.10 manat cərimə borcu olmaqla, ümumilikdə 627 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 377.80 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 25 may 2021-ci il tarixli 23095058 nömrəli müqavilə üzrə hesablanmış 34.50 manat məbləğində cərimə azaldılaraq 2 manat, 01 iyun 2021-ci il tarixli 23111846 nömrəli müqavilə üzrə hesablanmış 22.10 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 may 2021-ci il tarixli 23095058 nömrəli müqavilə üzrə 348.50 manat və 01 iyun 2021-ci il tarixli 23111846 nömrəli müqavilə üzrə 225.90 manat, ümumilikdə 574.40 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27.50 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 may 2021-ci il tarixli 23095058 nömrəli müqavilə üzrə 348.50 manat, 01 iyun 2021-ci il tarixli 23111846 nömrəli müqavilə üzrə 225.90 manat borcun və ödənilmiş 27.50 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar