Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-466/2023 01.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunu sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh Kamil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Kamil oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Kamil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 15 may 2008-ci ildə anadan olmuş X4 və 29 noyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh Kamil oğlundan hər uşağa 160 manat olmaqla, cəmi 320 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh Kamil oğlu ilə 2004-cü ildə el adəti ilə ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə 11 iyun 2005-ci ildə Pərviz, 15 may 2008-ci ildə Pərvanə və 29 noyabr 2011-ci ildə Pənah adlı üç uşaqları anadan olmuşdur. Aralarındakı nikahı 10 fevral 2009-cu il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 26 saylı akt qeydi ilə qeydə aldırmışlar. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(030)-150/2019 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və uşaqların saxlanılması üçün hər uşağa 60 manat olmaqla, cəmi 180 manat məbləğində aliment təyin edilmişdir. 11 iyun 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatdığı üçün ona təyin edilmiş aliment dayandırılmışdır. Cavabdeh alimentdən başqa uşaqlarının saxlanılması üçün heç bir köməklik göstərmir. O, isə günün tələblərinə uyğun olaraq uşaqlarının maddi tələbatını təkbaşına ödəyə bilmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Kamil oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə el adəti ilə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 11 iyun 2005-ci ildə Pərviz, 15 may 2008-ci ildə Pərvanə və 29 noyabr 2011-ci ildə Pənah adlı üç uşaqları anadan olmuşdur. Aralarındakı nikahı 10 fevral 2009-cu il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 26 saylı akt qeydi ilə qeydə aldırmışlar. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(030)- 150/2019 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və uşaqların saxlanılması üçün hər uşağa 60 manat olmaqla, cəmi 180 manat məbləğində aliment təyin edilmişdir. 11 iyun 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatmışdır. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sosial işçi işləyir və 414 manat məbləğində əmək haqqı alır. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 11 iyun 2005-ci ildə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, atası Cavabdeh Kamil oğlu, anası X2r. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Daşkəsən inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 02 aprel 2006-cı il tarixdə 04 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 15 may 2008-ci ildə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, atası Cavabdeh Kamil oğlu, anası X2r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 11 fevral 2009-cu il tarixdə 54 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 29 noyabr 2011-ci ildə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, atası Cavabdeh Kamil oğlu, anası X2r. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Daşkəsən inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 02 dekabr 2011-ci il tarixdə 19 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(030)- 150/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh Kamil oğlu arasında bağlanmış, Daşkəsən rayon Qeydiyyat şöbəsində 10 fevral 2009-cu il tarixdə 26 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən X3 nikahdan əvvəlki “Tağıyeva” soyadını bərpa etmək hüququnun olmasının izah edilməsi, tərəflərin birgə nikahından – 11 iyun 2005-ci ildə anadan olmuş X7, 15 may 2008-ci ildə anadan olmuş X4 və 29 noyabr 2011-ci ildə anadan olmuş X8 iddiaçı X1 himayəsində saxlanılması, 11 iyun 2005-ci ildə anadan olmuş X7, 15 may 2008-ci ildə anadan olmuş X4 və 29 noyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 05 aprel 2019-cu il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh Kamil oğlundan hər uşağa 60 (altmış) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 10 iyul 2023-cü il tarixli MŞG/1-02182 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh Kamil oğlu 10 iyul 2023-cü il tarixdə saat 13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər razılığa gəlməmişlər. Cavabdeh Kamil oğluna 10 iyul 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 55 manat məbləğində xərc tam ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Belə ki, məhkəmə baxışında işin fakitki halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Kamil oğlu ilə 2004-cü ildə el adəti ilə ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə 11 iyun 2005-ci ildə X7, 15 may 2008-ci ildə X4 və 29 noyabr 2011-ci ildə X8 anadan olmuşdur. Aralarındakı nikahı 10 fevral 2009-cu il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 26 saylı akt qeydi ilə qeydə aldırmışlar. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(030)-150/2019 saylı qətnaməsi ilə iddiaçı X6 ilə Cavabdeh Kamil oğlu arasında bağlanmış, Daşkəsən rayon Qeydiyyat şöbəsində 10 fevral 2009-cu il tarixdə 26 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulmuş, tərəflərin birgə nikahından – 11 iyun 2005-ci ildə anadan olmuş X7, 15 may 2008-ci ildə anadan olmuş X4 və 29 noyabr 2011-ci ildə anadan olmuş X8 iddiaçı X1 himayəsində saxlanılması, 11 iyun 2005-ci ildə anadan olmuş X7, 15 may 2008ci ildə anadan olmuş X4 və 29 noyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 05 aprel 2019-cu il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh Kamil oğlundan hər uşağa 60 (altmış) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. 11 iyun 2005-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatmışdır. Hazırda İddiaçı 15 may 2008-ci ildə anadan olmuş X4 və 29 noyabr 2011-ci ildə anadan olmuş X5 maddi təminatı üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh Kamil oğlundan hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2019-cu ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasım təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il üçün “Yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşaqlarının saxlanılması üçün hər uşağa 160 manat olmaqla, cəmi 320 manat məbləğində aliment təyin olunmasını tələb edir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sosial işçi işləyir və 414 manat məbləğində əmək haqqı alır. İddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 15 may 2008-ci ildə anadan olmuş X4 və 29 noyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh Kamil oğlundan hər uşağa 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 10 iyul 2023-cü il tarixli MŞG/1-02182 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin miqdarının tələbinə dair” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan Cavabdeh Kamil oğlu 10 iyul 2023-cü il tarixdə saat 13:00da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. İddiaçı tərəfindən Cavabdeh Kamil oğluna 10 iyul 2023-cü il tarixli mediasiya sesiyasının tətbiqi barədə təklif məktubu göndərilmişdir. İddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci tam ödənilmişdir. Ona görə də, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 55 manat mediasiya xərcinin 27,50 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(030)-150/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. Tərəflərin birgə nikahından 15 may 2008-ci ildə anadan olmuş X4 və 29 noyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh Kamil oğlundan hər uşağa 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində mediasiya xərcinin 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpiyi Cavabdeh Kamil oğlundan alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-466/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-466/2023
01.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver