Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-468/2023 23.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra BOKT "xxxx" QSC) Cavabdeh qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 16 oktyabr 2021-ci il tarixli 580-GPS-0221-21 saylı kredit müqaviləsi üzrə 758.80 manat əsas, 90.95 manat faiz borcu, 168.80 manat cərimə borcu və ödənilmiş 30.59 manat dövlət rüsumunun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 05 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 2291 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 16 oktyabr 2021-ci il tarixli 580-GPS-0221-21 saylı “Kredit müqaviləsi” bağlanmışdır. Hal-hazırda “Kredit müqaviləsi”nin şərtlərinə əsasən, Cavabdeh BOKT "xxxx" QSC –yə xx.xx.2023-cü tarixə əsəs borcu 758.80 manat əsas, 90.95 manat faiz borcu, 168.80 manat cərimə borcu olmaqla, cəmi 1018.55 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. İşə əlavə edilmiş 16 oktyabr 2021-ci il tarixli 580-GPS-0221-21 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2021-ci il tarixli 580-GPS-0221-21 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 34% olmaqla 18 ay müddətinə 2291 manat məbləğində istehlak krediti verilmişdir. İşə əlavə edilmiş 18 may 2023-cü il tarixli MA-0030413-23 Maliyyə arayışından görünür ki, Cavabdeh BOKT "xxxx" QSC-yə 18 may 2023-cü il tarixə 758.80 manat əsas, 90.95 manat faiz borcu, 168.80 manat cərimə borcu olmaqla, cəmi 1018.55 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 24 may 2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən ki, “BOKT "xxxx" QSC tərəfindən 30.19 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2021-ci il tarixli 580-GPS-0221-21 saylı “Kredit müqaviləsi” ilə illik 34 % olmaqla 18 ay müddətinə 2291 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 758.80 manat əsas, 90.95 manat faiz borcu, 168.80 manat cərimə borcu olmaqla, cəmi 1018.55 manat məbləğində kredit borcu yaranmışdır. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 16 oktyabr 2021-ci il tarixli 580-GPS-0221-21saylı “Kredit müqaviləsi” üzrə hesablanmış 168.80 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh arasında bağlanmış 16 oktyabr 2021-ci il tarixli 580-GPS-0221-21 saylı kredit müqaviləsi üzrə 758.80 manat əsas, 90.95 manat faiz borcu, 2 manat cərimə borcu olmaqla, cəmi 851.75 manat məbləğ tutulub iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30.19 manat məbləğində dövlət rüsumunun 25 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385-1,216-220, 235,284, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16 oktyabr 2021-ci il tarixli 580-GPS-0221-21 saylı kredit müqaviləsi üzrə 758.80 manat əsas, 90.95 manat faiz borcu, 2 manat cərimə borcu olmaqla, cəmi 851.75 manat borcun, ödənilmiş 25 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqısı tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-468/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-468/2023
23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver