Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-47/2025 09.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X2 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X2 Mərkəzinin Cavabdeh qarşı 1372,807 manat məbləğində ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X2 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 vurulmuş ziyana görə 1372,80 manat məbləğində pulun cavabdehdən alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şəmkir X2 Mərkəzinin hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı 14 saylı X2 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərdi ki, 14 saylı X2 Mərkəzinin əməkdaşları Qızılca meşəbəyliyinin 7 saylı meşə dolayısının meşə gözətçisi X1 08 aprel 2024-cü il tarixli məlumatını yerində araşdırarkən Daşkəsən rayonu Əmirvar kəndində yaşayan Cavabdeh məxsus 12 baş iri buynuzlu mal-qaranı meşə ərazisində otarıb ziyan vurduğu üçün təqsirli bilindiyinə görə barəsində akt və inzibati protokol tərtib edilmişdir. Bununla cavabdeh tərəfindən meşə təsərrüfatına cəmi 1372,08 manat məblğində ziyan vurulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 3-cü əlavəsinin 3.21 bəndinə əsasən hər 10 baş 2 yaşından yuxarı qara mal və atlar üçün meşələrdə və meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarda biçənək, otlaq sahələrdən kənar ərazilərə vurulmuş zərərə görə 66 manat ziyan hesablanır. Onda 12 baş mal qara üçün 12:10x66=79,20 manat ziyan hesablanır. 10 baş 2 yaşınadək iribuynuzlu mal-qara üçün qərarın 3.2.2 bəndinə əsasən 22 manat zərər hesablanır. Onda 3 baş mal-qara üçün 3:10x22=6,6 manat ziyan hesablanır. Ona görə də, ümumilikdə 85,80 manat meşə fonduna dəymiş zərər təşkil edir. Vətəndaş həmin mal-qaranı 16 gün meşə ərazisində otardığına görə dəymiş ziyan 85,80x16=1372,08 manat hesablanmışdır. Dəfərlərlə tələb edilməsinə baxmayaraq, cavabdeh qeyd edilən məbləği ödəməkdən imtina etmişdir. İnizbati protokol icra olunması üçün Daşkəsən rayon İcra və probasiya şöbəsində göndərilmişdir. Kənd sakinlərinə o cümlədən, cavabdehə mal-qaranı meşə fonduna aid ərazilərdən kənar ərazidə otarmaları bildirilsə də, buna əhəmiyyət verilməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun şəxsi təsərrüfatında 17 baş iribuynuzlu mal-qara olmuşdur. Lakin, onun heyvanları qadağan edilmiş əraziyə keçməmişdir. Yaşadığı kənd əhalisinin, o cümlədən qonşu Gədəbəy rayonunun yaxın kənd əhalisinin çoxlu sayda mal-qarası malqarası daimi olaraq həmin ərazidə otlayır. İddiaçı orada olmuş heyvanların ona məxsus olması barədə sübut təqdim etməlidir. İddiaçı yalnız ona məxsus mal-qaranın meşə fonduna məxsus əraziyə daxil olaraq örüş-otlaq sahəsini otladığını bildirsə də, həmin ərazidə olan mal-qaranın ona məxsus olması barədə heç bir sübut təqdim etməmişdir. Həmin gün onun onun mobil telefonuna zəng olunmuşdur, lakin o, Daşkəsən şəhər su idarəsində işdə olduğundan əraziyə gedə bilməmişdir. Axşam evə gedərkən mal-qarasını həyətdə görmüşdür. Odur ki, iddia tələbi əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X2 Mərkəzi tərəfindən tərtib edilmiş 24 aprel 2024-cü il tarixli 005179 nömrəli aktdan görünür ki, Qızılca meşəbəyliyinin 7 saylı meşə dolayının meşə gözətçisi X1 yazmış olduğu 08 aprel 2024-cü il tarixli məlumata əsasən yerində araşdırmaq məqsədi ilə meşəbəyliyinin 7 saylı meşə dolayısının Çinar bulaq ərazisində olduqları zaman Cavabdeh məxsus 12 baş iribuynuzlu - 3 baş 2 yaşa qədər iribuynuzlu mal-qaranı qanunsuz olaraq meşə sahəsində saxlaması aşkar edilmişdir. Cavabdeh ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanmış və həmin əraziyə gəlməsi tələb edilsə də, Cavabdeh gəlməkdən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarının tələblərini pozaraq X8 1372,08 manat məbləğində ziyan vurmuşdur. Aktın doğruluğunu 14 saylı RMTM-nin Qızılca meşəbəyliyinin meşəbəyi X3 və Qızılca meşəbəyliyinin 7 saylı meşəbəyi gözətçisi X4 tərəfindən imzalaqı ilə təsdiq edilmişdir. İşə əlavə olunmuş 24 aprel 2024-cü il tarixli 005179 nömrəli aktada göstərilən meşə qanunvericiliyinin pozulmasına dair qiymətləndirmə cədvəlinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 3-cü əlavəsinin 3.21 bəndinə əsasən hər 10 baş 2 yaşından yuxarı qara mal və atlar üçün meşələrdə və meşə bitgiləri ilə örtülü olmayan meşə fondu torpaqlarda biçənək, otlaq sahələrdən kənar ərazilərə vurulmuş zərərə görə 66 manat ziyan hesablanır. Onda 12 baş mal qara üçün 12:10x66=79,20 manat ziyan hesablanır. 10 baş 2 yaşınadək iribuynuzlu mal-qara üçün qərarın 3.2.2 bəndinə əsasən 22 manat zərər hesablanır. Onda 3 baş mal-qara üçün 3:10x22=6,6 manat ziyan hesablanır. Ona görə də, ümumilikdə 85,80 manat meşə fonduna dəymiş zərər təşkil edir. Vətəndaş həmin mal-qaranı 16 gün meşə ərazisində otardığına görə dəymiş ziyan 85,80x16=1372,08 manat zərər təşkil edir. Vətəndaş Cavabdeh meşə fonduna dəymiş 1372,08 manat ziyanı ödəməlidir. İşə əlavə olunmuş 14 saylı X2 Mərkəzinin 24 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh 24 aprel 2024-cü il tarixdə Qızılca meşəbəyliyinin 7 saylı dolayısında qanunsuz olaraq 12 baş iribuynuzlu mal-qara otardaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inziabti xəta törtərmişdir. İnibati xətanın törədilməsi nəticəsində təbiətə 1372,08 manat məbləğində ziyan vurulmuşdur. İşə əlavə olunmuş 14 saylı X2 Mərkəzinin 24 aprel 2024-cü il tarixli 3-14-27-09/2-060/2024 saylı məktubundan görünür ki, 24 aprel 2024-cü il tarixdə 14 saylı X2 Mərkəzinin Qızılca meşəbəyliyinin 7 saylı meşə dolayısında qanunsuz (özbaşına) olaraq meşə ərazisində mal-qara olmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə dair 14 saylı RMTM-nin əməkdaşları tərəfindən 24 aprel 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində tərtib edilmiş müvafiq protokol və toplanmış material qərar qəbul edilməsi üçün 10 saylı Regioanl Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndəriləcəyi bildirilmişdir. İşə əlavə olunmuş 14 saylı X2 Mərkəzinin 05 iyun 2024-cü il tarixli 3-14-27-09/2-083/2024 saylı bildirişin surətindən görünür ki, Cavabdeh 14 saylı X2 Mərkəzinin əməkdaşları meşələrin qorunub mühafizə olunması vəziyyətini araşdırarkən Qızılca meşəbəvyliyinin 7 saylı meşə dolayısında 24 aprel 2024-ci il tarixdə Sizə məxsus 12 (on iki) baş iri buynuzlu mal-qaranı meşə ərazisində otarıb meşə ərazisində saxladığı üçün barəsində akt tərtib olunmuşdur. Bununla, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanyar 2019-cu il tarixli 30 saylı qərarın 3 saylı əlavəsinin şərtlərini pozduğuna görə X8 1372,08 manat miqdarında ziyan vurmuşdur. Bununlada Cavabdeh toplanmış sənədlər əsasında Azərbaycan Respublikasının inzibatı xətalar məcəlləsinin 257-ci macdəsi ilə təqsirli bilinmişdir. İXM-nin 257 maddəsinə əsasən Meşə fondu sahələrində özbaşına ot biçiməsinə və ya mal-qara otarılmasına, və ya yabanı meyvə, qoz-fındıq, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə bilətlən üzre yol verilən sahələrdə Onların özbaşına yığılmasına görə fiziki şəxslər 400 (dörd yüz) manatdan 600 (ahı yüz) manatadək məbləğdə, vəzifəli şəxslər 2000 (iki min) manatdan 2500 (iki min beş yüz) manatadək məbləğdə, Hüquqi şəxslər 5000 (beş min) manatdan 5500 (beş min beş yüz) manatadək məbləğdə cərimə edilir. Beləliklə Cavabdeh tələb olunmuşdur ki, 1372,08 manat ziyanlığa və törətdiyi inzibati xəta və meşə fonduna vurduğu ziyan ilə bağlı cərimənin könüllü ödənilməsi üçün 10 iyun 2024-ci il tarixdə saat 11-00-da 14 saylı X2 Mərkəzinin ünvan 1 ünvanda yerləşən mərkəzinə dəvət olunmuşdur. Üzürsüz səbəbdən mərkəzə siz və nümayəndəniz gəlməzsə meşə fonduna vurduğunuz ziyan ilə bağlı iştirakınız olmadan qərar qəbul ediləcək və sənəclər toplanaraq məhkəmə orqanlarına göndəriləcəkdir. İşə əlavə olunmuş 14 saylı X2 Mərkəzinin inzibati tənbeh vermə haqqında 03 may 2024-cü il tarixli MN ******* nömrəli qərarının surətindən görünür ki, Cavabdeh tərəfindən 14 saylı RMTMnin Qızılca meşəbəyliyinin 7 saylı dolayısında 24 aprel 2024-csü il tarixdə dövlət meşə fondu sahəsindən özbaşına mal-qara otarılmışdır. Nəticədə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 400 manat məbləğində fiziki şəxs qismində cərimə edilmişdir. İşə əlavə olunmuş 14 saylı X2 Mərkəzinin 10 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinə ünvanlanmış 24 aprel 2024-cü il tarixli 26/72/d nömrəli məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 23 noyabr 2021-ci il tarixli 1065/Ü saylı əmrinə əsasən Daşkəsən rayonu Əmirvar kənd sakini Cavabdeh 14 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş MN № ******* nömrəli 24 aprel 2024-cü il tarixli inzibatui xəta haqqında protokol müvafiq qaydada baxılması üçün göndərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, ilk növbədə qanunsuz fəaliyyət və bu fəaliyyətlə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlərə əsaslanmaqla irəli sürülən tələb əsaslı sayılmır. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. İşin hallarından göründüyü kimi cavabdeh ona məxsus mal-qaranın icazə verilməyən ərazidə olması faktını qəbul etməmişdir. Belə olduğu halda iddiaçı 14 saylı X2 Mərkəzi sübutetmə vəzifəsinə uyğun olaraq 1372,08 manat məbləğində ziyanın yaranması barədə sübutları, yəni, ərazidə aşkar edilmiş 12 baş iribuynuzlu mal-qaranın, (onların içərisindən - 3 baş 2 yaşa qədər iribuynuzlu mal-qaranın) hər hansı bir əlamətlərinə görə və ya hər hansı faktlar əsasında Cavabdeh məxsus olmasını, həmçinin həmin heyvanların 16 gün ərzində meşə fondu sahəsində özbaşına otlamasını təsdiq edən sübutları məhkəməyə etməli idi. İddia tələbində göstərilmiş ziyanın yaranmasını və zərərin həcmini müəyyən edən sübutlar məhkəməyə təqdim edilməmiş, bu hallar məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.1-ci maddəsində zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] Həmin Məcəllənin 21.2-ci maddəsində qeyd edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 14 saylı X2 Mərkəzinin Cavabdeh qarşı 1372,08 manat məbləğində ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tıləbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. Hazırki halda iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməyərək cavabdehin ona pul borcunun olmasını təsdiq sübutları məhkəməyə təqdim etmədiyindən iddia təmin edilməməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-47/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-47/2025
09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver