Məhkəmə qərarları › İş №2(030)-470/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-470/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-470/2023 23.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı QSC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 sentyabr 2022-ci il tarixli TTL001170 nömrəli “Nisyə Alqı-satqı müqaviləsi”nə əsasən 384 manat əsas borc, 57.60 manat cərimə borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulub İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 04 avqust 2023-cü il tarixdə “köçüb, bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, fiziki şəxs X2 ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2022-ci il tarixli TTL001170 nömrəli “Nisyə Alqı-satqı müqaviləsi”nə əsasən cavabdeh 444 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən ilə X1 Cavabdeh qarşı olan 444 manat məbləğin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq, ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin QSC-yə 384 manat əsas borc və 57.60 manat cərimə borcu olmaqla, cəmi 441.60 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 25 sentyabr 2022-ci il tarixli TTL001170 saylı “Nisyə Alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, “Nisyə Alqı-satqı müqaviləsi”nə əsasən “Satıcı” “Alıcı”ya siyahısı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə-1-də göstərilən mal(lar)ı satır, “Alıcı” isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)n dəyərini “Satıcı”ya ödəyir. “Satıcı”bu müqviləyə əsasən dəyəri 444 manat olan malı “Alıcı”ya nisyə satmağı, “Alıcı” isə satılmış əşyaya görə heç bir ilkin ödəniş etmədən malı qəbul edib, müqavilənin tərkib hissə olan Əlavə 1də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. İşə əlavə edilmiş 25 sentyabr 2022-ci il tarixli TTL001170 saylı Nisyə alqı-satqı müqviləsinə Əlavə1-dən görünür ki, Cavabdeh dəyəri 444 manat olan malı 6 ay 74 manat ödəmək şərti ilə almışdır. İşə əlavə edilmiş 29 sentyabr 2022-ci il tarixli R-709/21 nömrəli Faktorinq müqaviləsinə əlavə olunan R-7xx/xx-0080 nömrəli Sazişdən görünür ki, fiziki şəxs X3 və X6 şəxsində təmsil olunan İddiaçı QSC arasında saziş bağlanmışdır. İşə əlavə edilmiş 10 may 2023-cü il tarixli “Hesabdan çıxarış”dan görünür ki, Cavabdeh 25 sentyabr 2022-ci il tarixli TTL001170 nömrəli “Nisyə Alqı-satqı müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixdə 60 manat ödəniş etmişdir. İşə əlavə edilmiş 10 may 2023-cü il tarixli “Maliyyə arayışın” dan görünür ki, Cavabdeh 25 sentyabr 2022-ci il tarixli TTL001170 nömrəli “Nisyə Alqı-satqı müqaviləsi” üzrə İddiaçı QSC-yə 384 manat əsas borc və 57.60 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 19 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, fiziki şəxs X3ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2022-ci il tarixli TTL001170 nömrəli “Nisyə Alqı-satqı müqaviləsi”nə əsasən cavabdeh 444 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində 60 manat ödəniş etmişdir. Cavabdehin QSC-yə 25 sentyabr 2022-ci il tarixli TTL001170 nömrəli “Nisyə Alqı-satqı müqaviləsi” üzrə 384 manat əsas borc və 57.60 manat cərimə borcu olmaqla, cəmi 441.60 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 25 sentyabr 2022-ci il tarixli TTL001170 saylı “Nisyə Alqı-satqı müqaviləsi” üzrə hesablanmış 57.60 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 sentyabr 2022-ci il tarixli TTL001170 saylı “Nisyə Alqı-satqı müqaviləsi”nə əsasən 386 manat pul vəsaiti alınaraq İddiaçı QSCyə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 26 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 sentyabr 2022-ci il tarixli TTL001170 saylı “Nisyə Alqı-satqı müqaviləsi”nə əsasən 386 manat borcun, ödənilmiş 26 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutularaq İddiaçı X5 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar