Məhkəmə qərarları › İş №2(030)-472/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-472/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-472/2023 01.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı İddiaçı X4-Bank Kredit Təşkilatı Müəssisəsi (bundan sonra İddiaçı MMM QBKT) Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMM QBKT-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehdən 27 sentyabr 2022-ci il tarixli **********0603 saylı kredit müqaviləsi üzrə 2000 manat əsas borcu, 476 manat faiz borcu, 164.02 manat cərimə olmaqla, cəmi 2640.02 manat kredit borcu və ödənilmiş 46.41 manat dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 14 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT Cavabdeh arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli **********0603 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətinə hər ay 138 manat olmaqla barabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. İşə əlavə edilmiş 27 sentyabr 2022-ci il tarixli **********0603 saylı Kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli **********0603 saylı Kredit müqaviləsinə əsasən, kredit verən kredit alana sonuncunun ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdıırlması üçün 18 ay müddətinə 2000 manat məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. İşə əlavə edilmiş 06 iyun 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 27 sentyabr 2022-ci il tarixli **********0603 saylı kredit müqaviləsi üzrə 2000 manat əsas, 476 manat faiz, 164.02 manat cərimə borcu olmaqla, cəmi 2640.02 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 12 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, İddiaçı MMM QBKT tərəfindən 46.41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli **********0603 saylı kredit müqaviləsinə əsasən kredit verən kredit alana sonuncunun ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdıırlması üçün 18 ay müddətinə 2000 manat məbləğində pul vəsaitini verilmişdir. Hazırda cavabdehin Finca Azerbaijan” MMM QBKT-ə 2640.02 manat məbləğində kredit borcu yaranmışdır. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 27 sentyabr 2022-ci il tarixli **********0603 saylı kredit müqaviləsi üzrə hesablanmış 164.02 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli **********0603 saylı kredit müqaviləsi üzrə 2478 manat məbləğin tutulub İddiaçı MMM QBKT-ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 46.41 manat məbləğində dövlət rüsumunun 43.56 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385-1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 sentyabr 2022-ci il tarixli **********0603 saylı kredit müqaviləsi üzrə cəmi 2478 manat və ödənilmiş 46.41 manat dövlət rüsumu tutulub İddiaçı X4-Bank Kredit Təşkilatı Müəssisəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar