Məhkəmə qərarları › İş №2(030)-474/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-474/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-474/2023 23.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 dekabr 2020-ci tarixli 22132452 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “HP” markalı kompüter üçün 500 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 08 avqust 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2020-ci tarixli 22132452 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 57.50 manat ödəməklə 24 ay müddətinə 1 ədəd “HP” markalı kompüteri 1380 manata satın almışdır. Cavabdeh tərəfindən 925.84 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 15 dekabr 2020-ci tarixli 22132452 nömrəli “Müqavilə” üzrə 454.16 manat ödənilməmiş hissə və 45.84 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 15 dekabr 2020-ci tarixli 22132452 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli 22132452 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 57.50 manat ödəməklə 24 ay müddətinə alqı-satqı qiyməti 1380 manat olan 1 ədəd “HP” markalı kompüteri satın almış və “HP 15-db1103ur(7SG72EA)” markalı kompüter Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 13 iyun 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15 dekabr 2020-ci il tarixli 22132452 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “HP” markalı kompüter üçün 454.16 manat ödənilməmiş hissə və 45.84 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 14 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 15 dekabr 2020-ci il tarixli 22132452 nömrəli müqaviləyə əsasən 1 ədəd “HP” markalı kompüteri 1380 manata satın almışdır. Cavabdeh tərəfindən 925.84 manat məbləğöində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 15 dekabr 2020-ci il tarixli 22132452 nömrəli “Müqavilə” üzrə 454.16 manat ödənilməmiş hissə və 45.84 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 15 dekabr 2020-ci il tarixli 22132452 nömrəli üzrə hesablanmış 45.84 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 dekabr 2020-ci il tarixli 22132452 nömrəli müqaviləyə əsasən 1 ədəd “HP” markalı kompüter üçün 456.16 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27.37 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 dekabr 2020-ci il tarixli 22132452 nömrəli müqaviləyə əsasən 1 ədəd “HP” markalı kompüter üçün 456.16 manat borc və ödənilmiş 27.37 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar