Məhkəmə qərarları › İş №2(030)-478/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-478/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-478/2023 13.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı X1 (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 dekabr 2021-ci tarixli müqaviləyə əsasən 2 ədəd "xxxx" markalı sutəmizləyici filtir üçün 1795 manat əsas borc, 500 manat peniya və ödənilmiş 43 manat dövlət rüsumu olmaqla, cəmi 2338 manat məbləğin alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 17 avqust 2023-cü il tarixdə “ünvan düzgün deyil” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2021-ci tarixli müqaviləyə əsasən İddiaçı MMC "xxxx" markalı 2 ədəd sutəmizləyici filtiri Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə malı qəbul edib dəyərini pul şəklində satıcıya ödəmıyi öz üzərinə götürmüşdür. Müqavilə üzrə göstərilən mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncu isə bu malları qəbul etmişdir. xx.xx.2021-ci il tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən satılan malın cəmi dəyəri 1945 manat təşkil etmişdir. Alıcı tərəfindən alınan mallara görə satıcıya 150 manat ödəniş edilsə də 1795 manat borc bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə cavabdehə müraciət etməyimizə, danışıqlar aparmağımıza baxmayaraq onun tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar iddiaçıya ödənilmir. Müqavilənin 4.6-cı maddəsinə əsasən alıcı satıcıya hər gecikdirilmiş gün üçün malın qalıq məbləğinin 1% miqdarında penya ödəməyi üzərinə götürür. Buna görə də cavabdehdən əlavə olaraq penya şəklində 500 manat pul tutularaq iddiaçıya verilməlidir. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 08 dekabr 2021-ci tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı (İddiaçı MMC) ilə alıcı (Cavabdeh) arasında bağlanmış 08 dekabr 2021ci il tarixli müqaviləyə əsasən satıcı alıcıya 2 ədəd "xxxx" markalı sutəmizləyici filtirini satır, alıcı isə həmin malı və müqavilədə qeyd olunan maddələri qəbul edir. İşə əlavə edilmiş 08 dekabr 2021-ci tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavəsinin surətindən görünür ki, alıcı ümumi dəyəri 1945 manat təşkil edən, "xxxx" markalı sutəmizləyici filtirinə görə heç bir ilkin ödəniş etmədən, yerdə qalan məbləği isə hər ay 100 manat olmaqla 18 ay müddətinə tam olaraq ödəməyi öz üzərinə götürür. İşə əlavə edilmiş Arayışdan görünür ki, Cavabdeh tərəfindən 08 dekabr 2021-ci tarixli alqı-satqı müqaviləsi üzrə 150 manat ödəniş edilmiş, qalıq 1795 manat borc isə bu günə qədər ödənilməmişdir. İşə əlavə edilmiş 12 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 08 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 2 ədəd "xxxx" markalı sutəmizləyici filtiri 1945 manata satın almışdır. Cavabdehin MMC-yə 08 dekabr 2021-ci il tarixli müqavilə üzrə 1795 manat əsas borc və 500 manat peniya borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 08 dekabr 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 500 manat məbləğində peniya borcu azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 08 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 2 ədəd "xxxx" markalı sutəmizləyici filtir üçün 1796 manat pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 43 manat məbləğində dövlət rüsumunun 33 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 08 dekabr 2021-ci il tarixli 22249244 nömrəli müqaviləyə əsasən 2 ədəd "xxxx" markalı sutəmizləyici filtir üçün 1796 manat borc və ödənilmiş 33 manat dövlət rüsumunun tutularaq İddiaçı X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar