Məhkəmə qərarları › İş №2(030)-480/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-480/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-480/2023 25.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 18 aprel 2022-ci il tarixli 477nkXRD/22 nömrəli kredit müqaviləsi üzrə 2920.92 manat əsas borc, 627.04 manat faiz borcu, 15.45 manat cərimə olmaqla, cəmi 3563.41 manat və ödənilmiş 0.40 manat xidmət haqqının və 55.64 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi 07 avqust 2023-cü il tarixdə “köçüb, bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2027-ci il müddətinə illik 25% faiz olmaq şərtilə 2955 manat məbləğədək kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 2920.92 manat əsas borc, 627.04 manat faiz borcu, 15.45 manat cərimə olmaqla, cəmi 3563.41 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 18 aprel 2022-ci il tarixli 477nkXRD/22 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh xx.xx.2027-ci il müddətinə illik 25% faiz olmaq şərtilə 2955 manat məbləğədək kredit verilmiş və ona bank hesabı açılmışdır. İşə əlavə edilmiş 29 mart 2023-cü il tarixli BANK/PİKMD/10902025 nömrəli Maliyyə arayışından görünür kiCavabdeh "xxxx" KB ASC-yə 29 mart 2023-cü il tarixə 2920.92 manat əsas borc, 627.04 manat faiz borcu, 15.45 manat cərimə olmaqla, cəmi 3563.41 manat məbləğində borcu mövcuddur. İşə əlavə edilmiş 29 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 55.64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2022-ci il tarixli 477nkXRD/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən istehlak məqsədləri üçün xx.xx.2027-ci il müddətinə illik 25% faiz olmaq şərtilə 2955 manat məbləğədək kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 3563.41 manat əsas borcu yaranmışdır. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 18 aprel 2022-ci il tarixli 477nkXRD/22 nömrəli “Kredit müqaviləsi” üzrə hesablanmış 15.45 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş ürzə tərəfin tqədim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh arasında bağlanmış 18 aprel 2022-ci il tarixli 477nkXRD/22 nömrəli kredit müqaviləsi üzrə 3548.96 manat borc Cavabdeh tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 55.64 manat məbləğində dövlət rüsumunun 55 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18 aprel 2022-ci il tarixli 477nkXRD/22 nömrəli kredit müqaviləsi üzrə cəmi 3548.96 manat borc, ödənilmiş 0.40 manat xidmət haqqı və 55 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar