Məhkəmə qərarları › İş №2(030)-488/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-488/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-488/2023 08.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 16 aprel 2022-ci il tarixli GTKR5075355A128 nömrəli “Kredit müqaviləsi” üzrə 11771,69 manat əsas və 1635,69 manat faiz borcu olmaqla, cəmi 13407,38 manat məbləğində kredit borcunun və ödənilmiş 130,22 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2022-ci il tarixli GTKR5075355A128 nömrəli “Kredit müqaviləsi” üzrə illik 20,5 faiz olmaqla 39 ay müddətinə 13600 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəyi lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin 08 iyun 2023-cü il tarixə İddiaçı ASC-yə 11771,69 manat əsas və 1635,69 manat faiz borcu olmaqla, cəmi 13407,38 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh 16 aprel 2022-ci il tarixli GTKR5075355A128 nömrəli “Kredit müqaviləsi” üzrə 11771,69 manat əsas və 1635,69 manat faiz borcu olmaqla, cəmi 13407,38 manat məbləğində kredit borcunun və ödənilmiş 130,22 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı ASC-nin hesabına ödənilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahat verib göstərmişdir ki, İddiaçı ASC-dən 16 aprel 2022-ci il tarixli GTKR5075355A128 nömrəli “Kredit müqaviləsi” üzrə illik 20,5 faiz olmaqla 39 ay müddətinə 13600 manat məbləğində kredit götürmüşdür. Maddi imkansızlıqdan krediti vaxtında ödəyə bilməmişdir. İddia tələbini qəbul edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş 16 aprel 2022-ci il tarixli GTKR5075355A128 6A181 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2022-ci il tarixli GTKR5075355A128 nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 20,5 faiz olmaqla 39 ay müddətinə 13600 manat məbləğində krediti verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş 12 iyun 2023-cü il tarixli 15/3442 saylı maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2022-ci il tarixli GTKR5075355A128 nömrəli “Kredit müqaviləsi” üzrə Cavabdeh 11771,69 manat əsas və 1635,69 manat faiz borcu olmaqla, cəmi 13407,38 manat kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 17 fevral 2023-cü il tarixli 16/9637 saylı bildirişin surətindən görünür ki, Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq 5 təqvim günü ərzində ödəmədiyi təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin, faizlərin, cərimələrin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 10 iyun 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 130,22 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16 aprelr 2022-ci il tarixli GTKR5075355A128 nömrəli “Kredit müqaviləsi” üzrə 11771,69 manat əsas və 1635,69 manat faiz borcu olmaqla, cəmi 13407,38 manat kredit borcu tutulub İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 130,22 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 16 aprelr 2022-ci il tarixli GTKR5075355A128 nömrəli “Kredit müqaviləsi” üzrə 11771,69 manat əsas, 1635,69 manat faiz borcu və ödənilmiş 130,22 manat dövlət rüsumu olmaqla, cəmi 13537 (on üç min beş yüz otuz yeddi) manat 60 (altmış) qəpik tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar