Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-493/2023 25.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 fevral 2022-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 479 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 509 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 09 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 fevral 2022-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 36.46 manat ödəməklə 14 ay müddətinə 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu 510.44 manata satın almışdır. Cavabdeh tərəfindən 75 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 07 fevral 2022-ci tarixli ******* nömrəli “Müqavilə” üzrə 435.44 manat ödənilməmiş hissə və 43.56 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 07 fevral 2022-ci tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 36.46 manat ödəməklə 14 ay müddətinə alqı-satqı qiyməti 510.44 manat olan 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu satın almış və İMEİ kodu **********43663 olan “Samsung Galaxy A12 (SM-A127) 64GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 26 may 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 435.44 manat ödənilməmiş hissə və 43.56 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 29 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 07 fevral 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu 510.44 manata satın almışdır. Cavabdeh tərəfindən 75 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 07 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 435.44 manat ödənilməmiş hissə və 43.56 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 07 fevral 2022-ci il tarixli ******* nömrəli üzrə hesablanmış 43.56 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 07 fevral 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 436.44 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 fevral 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 436.44 manat borc və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-493/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-493/2023
25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver