Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-494/2023 13.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən “Stark” markalı velosiped, “Nokia” markalı mobil telefon üçün 757 manat və 17 noyabr 2021-ci il tarixli 22306353 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 419 manat borc və ödənilmiş 31.76 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 10 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 62.58 manat ödəməklə 12 ay müddətinə “Stark” markalı velosiped, “Nokia” markalı mobil telefonu 750.96 manata satın almışdır. 17 noyabr 2021-ci il tarixli 22306353 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 43.13 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 519.04 manata satın almışdır. Cavabdehin MMC-yə 30 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 688.96 manat ödənilməmiş hissə, 68.04 manat cərimə borcu və 17 noyabr 2021-ci il tarixli 22306353 nömrəli “Müqavilə” üzrə 380.56 manat ödənilməmiş hissə və 38.44 manat cərimə borcu olmaqla, ümumilikdə 1176 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 30 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 62.58 manat ödəməklə 12 ay müddətinə alqısatqı qiyməti 750.96 manat olan “Stark” markalı velosiped, “Nokia” markalı mobil telefonu satın almış və 30 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Stark 22 Luna 26.1 D Steel 16 orange-yellow” markalı velosiped, 1 ədəd İmei kodu **********83189 olan “Nokia 5310DS- Black-Red” markalı monil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 noyabr 2021-ci il tarixli 22306353 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 17 noyabr 2021-ci il tarixli 22306353 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 43.13 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 519.04 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 17 noyabr 2021-ci il tarixli 22306353 nömrəli müqaviləyə əsasən İmei kodu **********2414 olan "xxxx" markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 29 may 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən “Stark” markalı velosiped, “Nokia” markalı mobil telefonu üçün 688.96 manat ödənilməmiş hissə və 68.04 manat cərimə borcu, 17 noyabr 2021-ci il tarixli 22306353 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı monil telefon üçün 380.56 manat ödənilməmiş hissə və 38.44 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1176 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 30 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 31.76 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 30 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “Stark” markalı velosiped, “Nokia” markalı mobil telefonu 750.96 manata və 17 noyabr 2021-ci il tarixli 22306353 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 519.04 manata satın almışdır. Cavabdehin MMC-yə 30 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 688.96 manat ödənilməmiş hissə və 68.04 manat cərimə borcu, 17 noyabr 2021-ci il tarixli 22306353 nömrəli “Müqavilə” üzrə 380.56 manat ödənilməmiş hissə və 38.44 manat cərimə borcu olmaqla, ümumilikdə 1176 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 200.60 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 30 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 68.04 manat məbləğində cərimə azaldılaraq 1.04 manat, 17 noyabr 2021-ci il tarixli 22306353 nömrəli müqavilə üzrə hesablanmış 38.44 manat məbləğində cərimə azaldılaraq 0.44 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 690 manat və 17 noyabr 2021-ci il tarixli 22306353 nömrəli müqavilə üzrə 381 manat, ümumilikdə 1071 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 31.76 manat məbləğində dövlət rüsumunun 28 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 690 manat, 17 noyabr 2021-ci il tarixli 22306353 nömrəli müqavilə üzrə 381 manat borcun və ödənilmiş 28 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-494/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-494/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver