Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-495/2023 08.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, X1 vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 03 mart 2021-cı il tarixli BPM**********75 nömrəli “Tam kart çərçivə müqaviləsi” üzrə 729,29 manat kredit və 2,17 manat faiz borcu olmaqla, cəmi 731,46 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış 03 mart 2021-cı il tarixli BPM**********75 nömrəli “Tam kart çərçivə müqaviləsi” əsasən sonuncuya 1520 manat məbləğində kredit verilmişdir. X7 22 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Daşkəsən rayon dövlət Notariat Ofisinin 12 aprel 2023-cü il tarixli 38 saylı məktubu ilə X6 miras əmlakına dair Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olan arvadı Cavabdeh2, Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olan oğlu Cavabdeh1 və Kəlbəcər rayonunun Həsənlər kəndində qeydiyyatda olan qızı Cavabdeh3 olduğu müəyyən edilmişdir. Bankın 25 may 2023-cü il tarixli maliyyə arayışına əsasən, X6 729,29 manat əsas və 2,17 manat faiz borcu olmaqla, cəmi 731,46 manat kredit borcu qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum X4 mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, atası X7 ilə "xxxx" ASC-nin ilə arasında bağlanmış 03 mart 2021-ci il tarixli BPM**********75 nömrəli “Tam kart çərçivə müqaviləsi” əsasən atasına 1520 manat məbləğində tam kart verilmişdir. Atası uzun müddət xəstə olduğu üçün qeyd edilən məbləğ və atasına məxsus olmuş əmlak satılaraq onun müalicəsinə sərf edilmişdir. Uzun sürən xəstəlikdən sonra atası X7 22 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra qəbul etdikləri miras əmlakı isə sataraq atasının müalicəsi üçün sərf edilmiş xərclər qarşılanmış, borclar ödənilmişdir. Miras qalmış torpaq sahəsinin sotu hazırda 15 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, X7 olnun əri olmuşdur. X13 uzun müddət xəstə olmuşdur. 2021-ci ildə "xxxx" ASC 1520 manat məbləğində kredit götürmüşdür. Kreditin bir hissəsi ödənilmişdir. Uzun sürən xəstəlikdən sonra X7 22 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra qəbul etdikləri miras əmlakı isə sataraq ərinin müalicəsi üçün sərf edilmiş xərclər qarşılanmış, borclar ödənilmişdir. Miras qalmış torpaq sahəsinin sotu hazırda 15 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci madddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 03 mart 2021-cı il tarixli BPM**********75 nömrəli “Tam kart çərçivə müqaviləsi”nin surətindən görünür ki, "xxxx" ASC-nin ilə X7 arasında bağlanmış 03 mart 2021-cı il tarixli BPM**********75 nömrəli “Tam kart çərçivə müqaviləsi” üzrə sonuncuya illik 1520 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 22 yanvar 2022-ci il tarixdə Daşkəsən rayonu uşçu kəndində vəfat etmişdir. Bu barədə Azərbaycan Daşkəsən rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 26 dekabr 2022-ci il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Daşkəsən rayon Dövlət Notariat ofisində 12 aprel 2023-cü il tarixli 38 nömrəli məktubundan görünür ki, Daşkəsən rayon Dövlət Notariat ofisində X1 adına 28 yanvar 2022-ci il tarixdə vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə mərhumdan miras qalmış əmlaka Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olan oğılu Cavabdeh1, Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olan arvadı Cavabdeh2 və Kəlbəcər rayonu Həsənlər kəndində qeydiyatda olan qızı Cavabdeh3 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşə əlavə edilmiş 27 aprel 2023-cü il tarixli 140/2023 nömrəli kredit borcunun ödənilməsinə dair bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən X5 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 27 aprel 2023-cü il tarixə yaranmış öhdəliyi 3 gün müddətində tam yerinə yetirlməsi xahiş edilmiş, öhdəlik yerinə yetirilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin ondan tutulması barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 31 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış 03 mart 2021-cı il tarixli BPM**********75 nömrəli “Tam kart çərçivə müqaviləsi” əsasən sonuncuya 1520 manat məbləğində kredit verilmişdir. X7 22 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Daşkəsən rayon dövlət Notariat Ofisinin 12 aprel 2023-cü il tarixli 38 saylı məktubu ilə X6 miras əmlakına dair Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olan arvadı Cavabdeh2, Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olan oğlu Cavabdeh1 və Kəlbəcər rayonunun Həsənlər kəndində qeydiyyatda olan qızı Cavabdeh3 olduğu müəyyən edilmişdir. Bankın “25 may 2023-cü il tarixli maliyyə arayışına əsasən, X6 729,29 manat əsas və 2,17 manat faiz borcu olmaqla, cəmi 731,46 manat kredit borcu qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum X4 mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə göründüyü kimi, kredit alan X7 22 yanvar 2022-ci il tarixdə Daşkəsən rayonu Quşçu kəndində vəfat etmişdir. Onun vəfatından sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vərəsəliyi qəbil etmiş və “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” almışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə görə, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Həmin Məcəllənin 1309-cu maddəsinə görə, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan başqa, Mülki Məcəllənin 399.4-cü madəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1 qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 03 mart 2021-cı il tarixli BPM**********75 nömrəli “Tam kart çərçivə müqaviləsi” üzrə 729,29 manat kredit və 2,17 manat faiz borcu olmaqla, cəmi 731,46 manat məbləğində kredit borcu tutulub iddiaçı "xxxx" ASC -nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 xidmət haqqı cavabdehlərə aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 qanun üzrə vərəsələri X2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 03 mart 2021cı il tarixli BPM**********75 nömrəli “Tam kart çərçivə müqaviləsi” üzrə 729,29 manat kredit, 2,17 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat olmaqla, cəmi 761 (yeddi yüz altmış bir) manat 86 (səksən altı) qəpik tutulub iddiaçı "xxxx" ASC -yə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-495/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-495/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver