Məhkəmə qərarları › İş №2(030)-496/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-496/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-496/2023 13.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı “X3mayan Kredit Təşkilatı” X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qızına qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından 21 iyul 2019-cu il tarixli OPLK00546 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə üzrə 279.49 manat qalıq borc, 271.16 manat cərimə borcu olmaqla, cəmi 550.65 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb “X3mayan Kredit Təşkilatı” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş 09 avqust 2023-cü il tarixdə “köçüb, bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satıcı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2019-cu il tarixli OPLK00546 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən, 12 ay müddətinə hissə-hissə hər ay üçün 86 manat, ödəmək şərti ilə 1231.49 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə Təhviltəslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcluya dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci il tarixli OPLK00546 saylı müqavilə üzrə 279.49 manat qalıq borcu, 271.16 manat cərimə borcu olmaqla, cəmi 550.65 manat borcu yaranmışdır. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2020ci il tarixli OPLK00546 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini "xxxx" MMC-yə güzəşt etməsi barədə bildiriş verilmişdir. İşə əlavə edilmiş 21 iyul 2019-cu il tarixli OPLK00546 saylı “Nisyə alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2019-cu il tarixli OPLK00546 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən “satıcı” “alıcı”ya siyahısı Təvil-təslim aktında göstərilən mal(lar)ı satır, alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini “satıcı”ya ödəməlidir. İşə əlavə edilmiş 21 iyul 2019-cu il tarixli OPLK00546 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə 1 saylı Əlavənin surətindən görünür ki, caavbdeh Cavabdeh hər ay 86 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 1231.49 manat olan “Samsung Galaxy” markalı mobil telefonu satın almışdır. İşə əlavə edilmiş 21 iyul 2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, 21 iyul 2019-cu il tarixli OPLK00546 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Samsung Galaxy A30 Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 15 aprel 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh, 21 iyul 2019-cu il tarixli OPLK00546 “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən qalıq borc məbləği 279.49 manat, hesablanmış cərimə məbləği 351.52 manat, hesablanmış cərimə məbləğinin 30%-i 271.16 manat olmaqla, qalıq borcun və cərimənin 30%-nin cəmi 550.65 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 12 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2019-cu il tarixli OPLK00546 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 1231.49 manata satın almışdır. Cavabdehin MMC-yə 21 iyul 2019-cu il tarixli OPLK00546 saylı “Nisyə alqı-satqı müqaviləsi” üzrə 279.49 manat məbləğində qalıq borcu və 271.16 manat cərimə borcu yaranmışdır. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 21 iyul 2019-cu il tarixli OPLK00546 saylı “Nisyə alqı-satqı müqaviləsi” üzrə hesablanmış 271.16 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21 iyul 2019-cu il tarixli OPLK00546 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 281.49 manat pul vəsaiti alınaraq iddiaçı “X3mayan Kredit Təşkilatı” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 16 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 iyul 2019-cu il tarixli OPLK00546 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən 281.49 manat pul vəsaiti və ödənilmiş 16 manat dövlət rüsumu tutularaq “X3mayan Kredit Təşkilatı” X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar