Məhkəmə qərarları › İş №2(030)-499/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-499/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-499/2023 30.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 avqust 2020-ci tarixli 21113915 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Ariston” markalı kombi və 50 ədəd “Hoffmann” markalı seksiya üçün 346 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 376 manat məbləğin alınıb "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 08 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2020-ci tarixli 21113915 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 93.80 manat ödəməklə 24 ay müddətinə 1 ədəd “Ariston” markalı kombi və 50 ədəd “Hoffmann” markalı seksiyanı 2251.20 manata satın almışdır. Cavabdeh tərəfindən 1936.80 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 26 avqust 2020-ci tarixli 21113915 nömrəli “Müqavilə” üzrə 314.40 manat ödənilməmiş hissə və 31.60 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 26 avqust 2020-ci tarixli 21113915 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2020-ci il tarixli 21113915 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 93.80 manat ödəməklə 24 ay müddətinə alqı-satqı qiyməti 2251.20 manat olan 1 ədəd “Ariston” markalı kombi və 50 ədəd “Hoffmann” markalı seksiyanı satın almış, “Ariston Cares X 24 KW” markalı kombi və 50 ədəd “Hoffmann WST-F400” markalı seksiya Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 iyun 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26 avqust 2020-ci il tarixli 21113915 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Ariston” markalı kombi və 50 ədəd “Hoffmann” markalı seksiya üçün 314.40 manat ödənilməmiş hissə və 31.60 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 19 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 26 avqust 2020-ci il tarixli 21113915 nömrəli müqaviləyə əsasən 1 ədəd “Ariston” markalı kombi və 50 ədəd “Hoffmann” markalı seksiyanı 2251.20 manata satın almışdır. Cavabdeh tərəfindən 1936.80 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 26 avqust 2020-ci il tarixli 21113915 nömrəli “Müqavilə” üzrə 314.40 manat ödənilməmiş hissə və 31.60 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 26 avqust 2020-ci il tarixli 21113915 nömrəli müqavilə üzrə hesablanmış 31.60 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26 avqust 2020-ci il tarixli 21113915 nömrəli müqaviləyə əsasən 1 ədəd “Ariston” markalı kombi və 50 ədəd “Hoffmann” markalı seksiya üçün 316.40 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26 avqust 2020-ci il tarixli 21113915 nömrəli müqaviləyə əsasən 1 ədəd “Ariston” markalı kombi və 50 ədəd “Hoffmann” markalı seksiya üçün 316.40 manat borc və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar