Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-500/2023 22.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 iyun 2021-ci il tarixli 23132946 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 9” markalı mobil telefon üçün 48 manat, 15 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 377 manat borc və 07 may 2022-ci il tarixli 02611529 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 263 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 18 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2021-ci il tarixli 23132946 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 46 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “X3 9” markalı mobil telefonu 555 manata satın almışdır. 15 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 49.37 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu 592.44 manata satın almışdır. 07 may 2022-ci il tarixli 02611529 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 24.71 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 296.52 manata satın almışdır. Cavabdehin MMC-yə 11 iyun 2021-ci il tarixli 23132946 nömrəli “Müqavilə” üzrə 44 manat ödənilməmiş hissə, 4 manat cərimə borcu,15 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 342.44 manat ödənilməmiş hissə və 34.56 manat cərimə borcu və 07 may 2022-ci il tarixli 02611529 nömrəli “Müqavilə” üzrə 239.52 manat ödənilməmiş hissə, 23.48 manat cərimə borcu olmaqla, ümumilikdə 688 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 11 iyun 2021-ci il tarixli 23132946 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2021-ci il tarixli 23132946 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 46 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 555 manat olan 1 ədəd “X3 9” markalı mobil telefonu satın almış və 11 iyun 2021-ci il tarixli 23132946 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei kodu **********98981 olan “X3 9 3GB/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 15 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 15 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 49.37 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 592.44 manat olan 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu satın almış və 15 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********16563 olan “Samsung Galaxy A12 (SM-A127) 128GB Blue” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 07 may 2022-ci il tarixli 02611529 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 07 may 2022-ci il tarixli 02611529 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 24.71 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 296.52 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 07 may 2022-ci il tarixli 02611529 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********15699 olan “Samsung Galaxy A13 DS (SM-A135) 128GB Blue” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 24 iyun 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 11 iyun 2021-ci il tarixli 23132946 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 9” markalı mobil telefon üçün 44 manat ödənilməmiş hissə və 4 manat cərimə borcu, 15 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 342.44 manat ödənilməmiş hissə və 34.56 manat cərimə borcu, 07 may 2022-ci il tarixli 02611529 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 239.52 manat ödənilməmiş hissə və 23.48 manat cərimə borcu olmaqla, ümumilikdə isə 688 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 29 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 11 iyun 2021-ci il tarixli 23132946 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 9” markalı mobil telefonu 555 manata, 15 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu 592.44 manata, 07 may 2022-ci il tarixli 02611529 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 296.52 manata satın almışdır. Cavabdehin MMC-yə 11 iyun 2021-ci il tarixli 23132946 nömrəli “Müqavilə” üzrə 48 manat ödənilməmiş hissə və 4 manat cərimə borcu, 15 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 342.44 manat ödənilməmiş hissə və 34.56 manat cərimə borcu, 07 may 2022-ci il tarixli 02611529 nömrəli “Müqavilə” üzrə 239.52 manat ödənilməmiş hissə və 23.48 manat cərimə borcu olmaqla, ümumilikdə 688 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 818 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 11 iyun 2021-ci il tarixli 23132946 nömrəli müqavilə üzrə hesablanmış 4 manat məbləğində cərimə azaldılaraq 1 manat, 15 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 34.56 manat məbləğində cərimə azaldılaraq 0,56 manat, 07 may 2022-ci il tarixli 02611529 nömrəli müqavilə üzrə hesablanmış 23.48 manat məbləğində cərimə azaldılaraq 0,48 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11 iyun 2021-ci il tarixli 23132946 nömrəli müqavilə üzrə 45 manat, 15 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 343 manat, 07 may 2022-ci il tarixli 02611529 nömrəli müqavilə üzrə 240 manat olmaqla, ümumilikdə 628 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11 iyun 2021-ci il tarixli 23132946 nömrəli müqavilə üzrə 45 manat, 15 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 343 manat, 07 may 2022-ci il tarixli 02611529 nömrəli müqavilə üzrə 240 borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-500/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-500/2023
22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver