Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-509/2023 30.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 mart 2021-ci tarixli 22356199 nömrəli “Müqaviləyə” əsasən “Hoffmann” markalı soyuducu üçün 136 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 166 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 08 avqust 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 mart 2021-ci tarixli 22356199 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 33.40 manat ödəməklə 18 ay müddətinə “Hoffmann” markalı soyuducunu 601.20 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 478 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 08 mart 2021-ci tarixli 22356199 nömrəli “Müqavilə” üzrə 123.20 manat ödənilməmiş hissə və 12.80 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 08 mart 2021-ci tarixli 22356199 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 mart 2021-ci tarixli 22356199 nömrəli “Müqavilə”yə əsasən “Hoffmann” markalı soyuducunu satın almış, 08 mart 2021-ci tarixli 22356199 nömrəli müqaviləyə əsasən 1 ədəd “Hoffmann” markalı soyuducu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 24 iyun 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 08 mart 2021-ci il tarixli 22356199 nömrəli “Müqaviləyə” əsasən “Hoffmann” markalı soyuducu üçün 123.20 manat ödənilməmiş hissə və 12.80 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 29 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 08 mart 2021-ci il tarixli 22356199 nömrəli müqaviləyə əsasən “Hoffmann” markalı soyuducunu 601.20 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 478 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 08 mart 2021-ci il tarixli 22356199 nömrəli üzrə hesablanmış 12.80 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 08 mart 2021-ci il tarixli 22356199 nömrəli müqaviləyə əsasən “Hoffmann” markalı soyuducu üçün 125.20 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27.60 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 08 mart 2021-ci il tarixli 22356199 nömrəli müqaviləyə əsasən “Hoffmann” markalı soyuducu üçün 125.20 manat borcu və ödənilmiş 27.60 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-509/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-509/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver