Məhkəmə qərarları › İş №2(030)-517/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-517/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-517/2023 08.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon, “Akami clear case” markalı aksesuar üçün 288 manat və 20 fevral 2021-ci il tarixli 22306353 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı qabyuyan üçün 135 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 09 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 43.70 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu, “Akami clear case” markalı aksesuarı 592.34 manata satın almışdır. 20 fevral 2021-ci il tarixli 22306353 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 64 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı qabyuyanı 1152 manata satın almışdır. Cavabdehin MMC-yə 11 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 261.20 manat ödənilməmiş hissə, 26.80 manat cərimə borcu və 20 fevral 2021-ci il tarixli 22306353 nömrəli “Müqavilə” üzrə 123 manat ödənilməmiş hissə və 12 manat cərimə borcu olmaqla, ümumilikdə 423 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 11 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 43.70 manat ödəməklə 12 ay müddətinə alqısatqı qiyməti 592.34 manat olan 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon, “Akami clear case” markalı aksesuarı satın almış və 11 dekabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd İmei kodu **********35397 olan “Samsung Galaxy A12 (SM-A127) 64GB Black” markalı mobil telefon, “Akami clear case Samsung A12” markalı aksesuar Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 20 fevral 2021-ci il tarixli 22306353 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 20 fevral 2021-ci il tarixli 22306353 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 64 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1152 manat olan 1 ədəd "xxxx" markalı qabyuyanı satın almış və 20 fevral 2021-ci il tarixli 22306353 nömrəli müqaviləyə əsasən "xxxx" markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 11 iyul 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 11 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon, “Akami clear case” markalı aksesuarı üçün 261.20 manat ödənilməmiş hissə və 26.80 manat cərimə borcu, 20 fevral 2021-ci il tarixli 22306353 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı qabyuyan üçün 123 manat ödənilməmiş hissə və 12 manat cərimə borcu olmaqla, ümumilikdə isə 423 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 13 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 11 dekabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon, “Akami clear case” markalı aksesuarı 592.34 manata və 20 fevral 2021-ci il tarixli 22306353 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı qabyuyanı 1152 manata satın almışdır. Cavabdehin MMC-yə 11 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 261.20 manat ödənilməmiş hissə və 26.80 manat cərimə borcu, 20 fevral 2021-ci il tarixli 22306353 nömrəli “Müqavilə” üzrə 123 manat ödənilməmiş hissə və 12 manat cərimə borcu olmaqla, ümumilikdə 423 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 1360.14 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 11 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 26.80 manat məbləğində cərimə azaldılaraq 0.80 manat, 20 fevral 2021-ci il tarixli 22306353 nömrəli müqavilə üzrə hesablanmış 12 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 262 manat və 20 fevral 2021-ci il tarixli 22306353 nömrəli müqavilə üzrə 125 manat, ümumilikdə 387 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 262 manat, 20 fevral 2021-ci il tarixli 22306353 nömrəli müqavilə üzrə 125 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar