Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-518/2023 08.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A03” markalı mobil telefon üçün 198 manat və 29 aprel 2022-ci il tarixli 09531251 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 134 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 09 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 26.50 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A03” markalı mobil telefonu 318 manata satın almışdır. 29 aprel 2022-ci il tarixli 09531251 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 11.92 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 143.04 manata satın almışdır. Cavabdehin MMC-yə 21 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 180 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu və 29 aprel 2022-ci il tarixli 09531251 nömrəli “Müqavilə” üzrə 121.04 manat ödənilməmiş hissə və 12.96 manat cərimə borcu olmaqla, ümumilikdə 332 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 21 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 26.50 manat ödəməklə 12 ay müddətinə alqısatqı qiyməti 318 manat olan 1 ədəd “Samsung Galaxy A03” markalı mobil telefonu satın almış və 21 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd İmei kodu **********51092 olan “Samsung Galaxy A03 Core 32 GB (SM-A032) Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 29 aprel 2022-ci il tarixli 09531251 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 29 aprel 2022-ci il tarixli 09531251 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 11.92 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 143.04 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 29 aprel 2022ci il tarixli 09531251 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********69646 olan “BQ 16GB Dark Gray” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 01 iyun 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A03” markalı mobil telefon üçün 180 manat ödənilməmiş hissə və 18 manat cərimə borcu, 29 aprel 2022-ci il tarixli 09531251 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 121.04 manat ödənilməmiş hissə və 12.96 manat cərimə borcu olmaqla, ümumilikdə isə 332 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 14 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 21 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A03” markalı mobil telefonu 318 manata və 29 aprel 2022-ci il tarixli 09531251 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 143.04 manata satın almışdır. Cavabdehin MMC-yə 21 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 180 manat ödənilməmiş hissə və 18 manat cərimə borcu, 29 aprel 2022-ci il tarixli 09531251 nömrəli “Müqavilə” üzrə 121.04 manat ödənilməmiş hissə və 12.96 manat cərimə borcu olmaqla, ümumilikdə 332 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 160 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 21 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 18 manat məbləğində cərimə azaldılaraq 1 manat, 29 aprel 2022-ci il tarixli 09531251 nömrəli müqavilə üzrə hesablanmış 12.96 manat məbləğində cərimə azaldılaraq 0.96 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 199 manat və 29 aprel 2022-ci il tarixli 09531251 nömrəli müqavilə üzrə 122 manat, ümumilikdə 321 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 199 manat, 29 aprel 2022-ci il tarixli 09531251 nömrəli müqavilə üzrə 122 manat borcun və ödənilmiş 29 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-518/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-518/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver