Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-519/2023 30.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 fevral 2021-ci tarixli 22299125 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A12” markalı mobil telefon, “4D Glass Samsung” markalı aksesuar üçün 45 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 75 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 10 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2021-ci tarixli 22299125 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 28.40 manat ödəməklə 18 ay müddətinə “Samsung Galaxy A12” markalı mobil telefon, “4D Glass Samsung” markalı aksesuarı 511.20 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 470.80 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 17 fevral 2021-ci tarixli 22299125 nömrəli “Müqavilə” üzrə 40.40 manat ödənilməmiş hissə və 4.60 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 17 fevral 2021-ci tarixli 22299125 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2021-ci tarixli 22299125 nömrəli “Müqavilə”yə əsasən “Samsung Galaxy A12” markalı mobil telefon, “4D Glass Samsung” markalı aksesuarı satın almış, 17 fevral 2021-ci tarixli 22299125 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********91378 olan “Samsung Galaxy A12 2021 (SM-A125) 32GB” markalı mobil telefon, “4D X3 Samsung A12” markalı aksesuar Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 iyun 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 17 fevral 2021-ci il tarixli 22299125 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A12” markalı mobil telefon, “4D Glass Samsung” markalı aksesuar üçün 40.40 manat ödənilməmiş hissə və 4.60 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 15 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 17 fevral 2021-ci il tarixli 22299125 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A12” markalı mobil telefon, “4D Glass Samsung” markalı aksesuarı 511.20 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 470.80 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 17 fevral 2021-ci il tarixli 22299125 nömrəli üzrə hesablanmış 4.60 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17 fevral 2021-ci il tarixli 22299125 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A12” markalı mobil telefon, “4D Glass Samsung” markalı aksesuar üçün 41.40 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27.60 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17 fevral 2021-ci il tarixli 22299125 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A12” markalı mobil telefon, “4D Glass Samsung” markalı aksesuar üçün 41.40 manat borcu və ödənilmiş 27.60 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-519/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-519/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver