Məhkəmə qərarları › İş №2(030)-523/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-523/2023

25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-523/2023 25.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ona yetirdiyi 1900 manat məbləğində maddi ziyanın alınıb ona verilməsi və onun tərəfindən dağıdılmış dəmir setkanın onun hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, mərhum atasından Daşkəsən rayonu Dəstəfur kəndində fərdi yaşayış evi miras qalmışdır. ünvan 1 ünvanında yaşadığı üçün ara-sıra Daşkəsən rayonu Dəstəfur kəndində yerləşən fərdi yaşayış evinə gedib-gəlir. Evinə nəzarət etmək və evin həyətində olan otları biçib istifadə etməsini yaxın qonşusu olan Cavabdeh tapşırmışdır. Təxminən 3 il bundan əvvəl Dəstəfur kəndində gələn zaman həyətyanı sahənin ətrafına çəkilmiş dəmir setkanın dağıdıldığını, 3 ədəd çəpər dirəklərinin aparıldığını görmüş və qonşusu Cavabdeh çağıraraq çəpərin kimin dağıtdığını soruşmuş, cavabdeh çəpərin onun dağıtdığını və düzəldəcəyini bildirmişdir. 2020-ci ildə Dəstəfur kəndində yerləşən evinə gələn zaman evin həyətində olan QAZ-51 və QAZ-53 markalı avtomaşınların ehtiyat hissələrinin olmadığını görmüş, bu barədə cavabdehdən maraqlandıqda xəbəri olmadığını bildirmişdir. O, QAZ-53 markalı avtomaşınların ehtiyat hissələrini həyətdə olan damın üstünə yığmış və damın üstü örtülü vəziyyətdə olmuşdur. Avtomobilin ehtiyat hissələrindən başqa həri biri 100 manat dəyərində olan 2 ədəd balta itiliyən daşları da, cavabdeh aparmışdır. Cavabdehdən balta itiləyən daşların kimin aparmasını maraqlandıqda, cavabdeh qonşusu Arifin apardığını bildirmiş, o, isə bu barədə Arifdən soruşduqda, Arif balta itiləyən daşları Aidənin əri Arzumanın apardığını demişdir. Təxminən 6-7 il bundan əvvəl evinin həyətinə 5 ədəd qoz ağacı əkmiş, həmin ağacların 3 ədədi cavabdeh tərəfindən kəsilmiş və yaxud satılaraq qazanc əldə etmişdir. Qoz ağaclarında görə ona 750 manat məbləğində zərər dəymişdir. Cavabdeh onun etibarından sui-istifadə edərək 950 manat məbləğində olan avtomaşın hissələrini və digər əşyaları ondan icazəsiz götürüb satmış və qazanc əldə etmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona vurmuş olduğu 1900 manat məbləğində ziyanı ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə həm qonşu, həm də qohumdurlar. Daşkəsən rayonu Dəstəfur kəndində onunla İddiaçı evi yan-yana yerləşir. Uzun illərdir ki, iddiaçı Dəstəfur kəndində yerləşən fərdi yaşayış evində yaşamır. İddiaçı ara-sıra evinə gələrək 3-4 gün qaldıqdan sonra çıxıb getmişdir. İddiaçı 15 il bundan əvvəl evinin həyətində və damında olmuş balta itiliyən daşları, avtomobillərin ehtiyyat hissələrini və dəmir setkanı söküb dirəkləri aparılması barədə Daşkəsən Rayon Polis Şöbəsinə şikayət etmiş, qeyd edilən fakt öz təsdiqüini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı ona şər və böhtan atır. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili X3 Rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 03 noyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı Daşkəsən Rayon Polis Şöbəsinə müraciəti əsasında toplanmış material üzrə qonşusu Cavabdeh 15 il bundan əvvəl Daşkəsən rayonu Dəstəfur kəndində yerləşən evinin həyətindən 1000 kiloqram ağırlığında QAZ-51 və QAZ-53 markalı avtomobillərin ehtiyat hissələrini oğurlamasını, eləcə də 5 il bundan əvvəl evinin həyətində olan çəpərin dağıtmasını bildirsə də, araşdırma zamanı həmin xüsusatlar öz təsdiqini tapmadığı üçün, İddiaçı şikayəti əsasında toplanmış HK-1/868 nömrəli material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları və 03 noyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar ilə müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yaşadığı üçün ara-sıra Daşkəsən rayonu Dəstəfur kəndində yerləşən fərdi yaşayış evinə gedi-gəlmişdir. 2022-ci ildə İddiaçı qonşusu Cavabdeh 15 il bundan əvvəl Daşkəsən rayonu Dəstəfur kəndində yerləşən evinin həyətindən 1000 kiloqram ağırlığında QAZ-51 və QAZ-53 markalı avtomobillərin ehtiyat hissələrini oğurlaması, eləcə də 5 il bundan əvvəl evinin həyətində olan çəpərin dağıtması barədə şikayət ərizəsi ilə Daşkəsən Rayon Polis Şöbəsinə müraciət etmiş, aparılmış araşdırma zamanı qeyd edilən xüsusatlar öz təsdiqini tapmadığı üçün, İddiaçı şikayəti əsasında toplanmış HK-1/868 nömrəli material üzrə cinayət hadisəsi müəyyən olunmadığından Daşkəsən Rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 03 noyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hazırda İddiaçı Cavabdeh Daşkəsən rayonu Dəstəfur kəndində yerləşən, oan məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin ətrafına çəkilmiş dəmir setkanın dağıtdığını, 3 ədəd çəpər dirəklərinin, 2020-ci ildə evin həyətində olan damın üstünə yığmış QAZ-51 və QAZ-53 markalı avtomobillərin ehtiyyat hissələrini, həri biri 100 manat dəyərində olan 2 ədəd balta itiliyən daşları apardığını, həyətdə əkdiyi 5 ədəd qoz ağacının 3 ədədinin kəsildiyini bildirərək, cavabdehdən ona vurmuş olduğu 1900 manat məbləğində ziyanına alınıb verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini hər hansı sübutla əsaslandırmadığından, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün 39 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar