Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-524/2023 08.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 04 avqust 2020-ci il tarixli 5617sGNDJ/20 nömrəli kredit müqaviləsi üzrə 387.33 manat əsas, 112.71 manat faiz, 6.73 manat cərimə borcu olmaqla, cəmi 506.77 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 09 avqust 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır кi, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2020-ci il tarixli 5617sGNDJ/20 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 36 faizədək ödəmək olmaq şərtilə 10000 manat məbləğinədək kredit xətti açılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 387.33 manat əsas, 112.71 manat faiz, 6.73 manat cərimə borcu olmaqla, cəmi 506.77 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 04 avqust 2020-ci il tarixli 5617sGNDJ/20 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh 60 ay müddətinə, illik 36 faizədək olmaq şərtilə 10000 manat məbləğinədək krediti ayırır,ona bank hesabı açır və ödəniş kartı təqdim edir. İşə əlavə edilmiş 06 iyul 2023-cü il tarixli BANK/PİKMD/1115296 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 06 iyul 2023-cü il tarixə 387.33 manat əsas, 112.71 manat faiz, 6.73 manat cərimə borcu olmaqla, cəmi 506.77 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 06 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2020-ci il tarixli 5617sGNDJ/20nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 36 faizədək ödəmək olmaq şərtilə 10000 manat məbləğinədək kredit xətti açılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 387.33 manat əsas, 112.71 manat faiz, 6.73 manat cərimə borcu olmaqla, cəmi 506.77 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2020-ci il tarixli 5617sGNDJ/20 nömrəli kredit müqaviləsi üzrə 506.77 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04 avqust 2020-ci il tarixli 5617sGNDJ/20 nömrəli kredit müqaviləsi üzrə 506.77 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-524/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-524/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver