Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-528/2023 29.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X5 8” markalı mobil telefon üçün 132 manat, 13 fevral 2021-ci il tarixli 03481039 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Apple Airpods 2” markalı qulaqcıq və “Mİ Powerbank” markalı aksesuar üçün 496 manat borc və 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy S21+ Dual” markalı mobil telefon üçün 782 manat və ödənilmiş 34.10 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, cavabdeh X2 göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 09 avqust 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 45 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “X5 8” markalı mobil telefonu 542 manata satın almışdır. 13 fevral 2021-ci il tarixli 03481039 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 45.08 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Apple Airpods 2” markalı qulaqcıq və “Mİ Powerbank” markalı aksesuarı 540.96 manata satın almışdır. 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 166.90 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy S21+ Dual” markalı mobil telefonu 2201 manata satın almışdır. Cavabdehin MMC-yə 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 120 manat ödənilməmiş hissə, 12 manat cərimə borcu,13 fevral 2021-ci il tarixli 03481039 nömrəli “Müqavilə” üzrə 450.70 manat ödənilməmiş hissə və 45.30 manat cərimə borcu və 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 711 manat ödənilməmiş hissə, 71 manat cərimə borcu olmaqla, ümumilikdə 1410 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 45 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 542 manat olan 1 ədəd “X5 8” markalı mobil telefonu satın almış və 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd İmei kodu **********97480 olan “X5 8 2021 4/64GB Blue” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 13 fevral 2021-ci il tarixli 03481039 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh oğlu arasında 13 fevral 2021-ci il tarixli 03481039 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 45.08 manat ödəməklə 12 ay müddətinə alqısatqı qiyməti 540.96 manat olan 1 ədəd “Apple Airpods 2” markalı qulaqcıq və “Mİ Powerbank” markalı aksesuarı satın almış və 13 fevral 2021-ci il tarixli 03481039 nömrəli müqaviləyə əsasən 1 ədəd “Apple Airpods 2 Wireless Charging MRXJ2” markalı qulaqcıq və “Mİ Powerbank 10000 mAH Black/VXN4295GL” markalı aksesuarı Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh oğlu arasında 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 166.90 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 2201 manat olan 1 ədəd “Samsung Galaxy S21+ Dual” markalı mobil telefonu satın almış və 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********69688 olan “Samsung Galaxy S21+ Dual DS (SM-G996B) Violet ” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 11 iyul 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X5 8” markalı mobil telefon üçün 120 manat ödənilməmiş hissə və 12 manat cərimə borcu, 13 fevral 2021-ci il tarixli 03481039 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Apple Airpods 2” markalı qulaqcıq və “Mİ Powerbank” markalı aksesuar üçün 450.70 manat ödənilməmiş hissə və 45.30 manat cərimə borcu, 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy S21+ Dual” markalı mobil telefon üçün 711 manat ödənilməmiş hissə və 71 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1410 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 13 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 34.10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “X5 8” markalı mobil telefonu 542 manata, 13 fevral 2021-ci il tarixli 03481039 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Apple Airpods 2” markalı qulaqcıq və “Mİ Powerbank” markalı aksesuarı 540.96 manata, 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy S21+ Dual” markalı mobil telefonu 2201 manata satın almışdır. Cavabdehin MMC-yə 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 120 manat ödənilməmiş hissə və 12 manat cərimə borcu, 13 fevral 2021-ci il tarixli 03481039 nömrəli “Müqavilə” üzrə 450.70 manat ödənilməmiş hissə və 45.30 manat cərimə borcu, 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 711 manat ödənilməmiş hissə və 71 manat cərimə borcu olmaqla, ümumilikdə 1410 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 2002.26 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 12 manat məbləğində cərimə azaldılaraq 1 manat, 13 fevral 2021-ci il tarixli 03481039 nömrəli müqavilə üzrə hesablanmış 45.30 manat məbləğində cərimə azaldılaraq 0.30 manat, 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 71 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğlundan 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 133 manat, 13 fevral 2021-ci il tarixli 03481039 nömrəli müqavilə üzrə 451 manat, 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 712 manat olmaqla, ümumilikdə 1296 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 34.10 manat məbləğində dövlət rüsumunun 31 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 133 manat, 13 fevral 2021-ci il tarixli 03481039 nömrəli müqavilə üzrə 451 manat, 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 712 borcun və ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq "xxxx" X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-528/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-528/2023
29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver