Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-536/2023 15.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 mart 2021-ci tarixli 22402091 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 33 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 63 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 17 avqust 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 mart 2021-ci tarixli 22402091 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 27 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefonu 519.60 manata satın almışdır. Cavabdeh tərəfindən 489.60 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 22 mart 2021-ci tarixli 22402091 nömrəli “Müqavilə” üzrə 30 manat ödənilməmiş hissə və 3 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 22 mart 2021-ci tarixli 22402091 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 mart 2021-ci il tarixli 22402091 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 27 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 519.60 manat olan 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefonu satın almış və İMEİ kodu **********98604 olan “Xiaomi Redmi 9T 4/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 25 iyul 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22 mart 2021-ci il tarixli 22402091 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 30 manat ödənilməmiş hissə və 3 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 26 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 22 mart 2021-ci il tarixli 22402091 nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefonu 519.60 manata satın almışdır. Cavabdeh tərəfindən 489.60 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 22 mart 2021-ci il tarixli 22402091 nömrəli “Müqavilə” üzrə 30 manat ödənilməmiş hissə və 3 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 22 mart 2021-ci il tarixli 22402091 nömrəli müqavilə üzrə hesablanmış 3 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22 mart 2021-ci il tarixli 22402091 nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 31 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22 mart 2021-ci il tarixli 22402091 nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 31 manat borc və ödənilmiş 28 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-536/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-536/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver