Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-538/2023 27.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ * Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 oktyabr 2020-ci il tarixli 22003424 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “LG” markalı paltaryuyan üçün 659 manat və 17 fevral 2021-ci il tarixli 22299649 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 89 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 14 avqust 2023-cü il tarixdə “köçüb, bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 oktyabr 2020-ci il tarixli 22003424 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 54.40 manat ödəməklə 24 ay müddətinə 1 ədəd “LG” markalı paltaryuyanı 1305.60 manata satın almışdır. 17 fevral 2021-ci il tarixli 22299649 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 33.50 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 603 manata satın almışdır. Cavabdehin MMC-yə 30 oktyabr 2020-ci il tarixli 22003424 nömrəli “Müqavilə” üzrə 599.40 manat ödənilməmiş hissə, 59.60 manat cərimə borcu və 17 fevral 2021-ci il tarixli 22299649 nömrəli “Müqavilə” üzrə 80.90 manat ödənilməmiş hissə və 8.10 manat cərimə borcu olmaqla, ümumilikdə 748 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 30 oktyabr 2020-ci il tarixli 22003424 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 oktyabr 2020-ci il tarixli 22003424 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 54.40 manat ödəməklə 24 ay müddətinə alqı-satqı qiyməti 1305.60 manat olan 1 ədəd “LG” markalı paltaryuyanı satın almış və 30 oktyabr 2020-ci il tarixli 22003424 nömrəli müqaviləyə əsasən 1 ədəd “LG F2J6HS8S Gümüşü” markalı paltaryuyan Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 fevral 2021-ci il tarixli 22299649 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 17 fevral 2021-ci il tarixli 22299649 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 33.50 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 603 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 17 fevral 2021-ci il tarixli 22299649 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********97068 olan “SAMSUNG GALAXY A21S DS (SM-A127) 32GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 01 iyun 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30 oktyabr 2020-ci il tarixli 22003424 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “LG” markalı paltaryuyan üçün 599.40 manat ödənilməmiş hissə və 59.60 manat cərimə borcu, 17 fevral 2021-ci il tarixli 22299649 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 80.90 manat ödənilməmiş hissə və 8.10 manat cərimə borcu olmaqla, ümumilikdə isə 748 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 22 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 30 oktyabr 2020-ci il tarixli 22003424 nömrəli müqaviləyə əsasən 1 ədəd “LG” markalı paltaryuyanı 1305.60 manata və 17 fevral 2021-ci il tarixli 22299649 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 603 manata satın almışdır. Cavabdehin MMC-yə 30 oktyabr 2020-ci il tarixli 22003424 nömrəli “Müqavilə” üzrə 599.40 manat ödənilməmiş hissə və 59.60 manat cərimə borcu, 17 fevral 2021-ci il tarixli 22299649 nömrəli “Müqavilə” üzrə 80.90 manat ödənilməmiş hissə və 8.10 manat cərimə borcu olmaqla, ümumilikdə 748 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 1228.30 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 30 oktyabr 2020-ci il tarixli 22003424 nömrəli müqavilə üzrə hesablanmış 59.60 manat məbləğində cərimə azaldılaraq 0.60 manat, 17 fevral 2021-ci il tarixli 22299649 nömrəli müqavilə üzrə hesablanmış 8.10 manat məbləğində cərimə azaldılaraq 0.10 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30 oktyabr 2020-ci il tarixli 22003424 nömrəli müqavilə üzrə 600 manat və 17 fevral 2021-ci il tarixli 22299649 nömrəli müqavilə üzrə 81 manat, ümumilikdə 681 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30 oktyabr 2020-ci il tarixli 22003424 nömrəli müqavilə üzrə 600 manat, 17 fevral 2021-ci il tarixli 22299649 nömrəli müqavilə üzrə 81 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-538/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-538/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver