Məhkəmə qərarları › İş №2(030)-540/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-540/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-540/2023 27.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 mart 2022-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon, ekran qoruyucusu və “X4” markalı aksesuar üçün 463 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 493 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 14 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 mart 2022-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 32.32 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu, ekran qoruyucusu və “X4” markalı aksesuarı 581.76 manata satın almışdır. Cavabdeh tərəfindən 161 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 03 mart 2022-ci tarixli ******* nömrəli “Müqavilə” üzrə 420.76 manat ödənilməmiş hissə və 42.24 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 03 mart 2022-ci tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 mart 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 32.32 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 581.76 manat olan 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu, ekran qoruyucusu və “X4” markalı aksesuarı satın almış və İMEİ kodu **********16380 olan “Samsung Galaxy A12 (SM-A127) 32GB Black” markalı mobil telefon, “4D X3 Samsung A12” markalı ekran qoruyucusu və “X4 Samsung A12 Black” markalı aksesuarı Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 iyul 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03 mart 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon, ekran qoruyucusu və “X4” markalı aksesuar üçün 420.76 manat ödənilməmiş hissə və 42.24 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 18 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 03 mart 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon, ekran qoruyucusu və “X4” markalı aksesuarı 581.76 manata satın almışdır. Cavabdeh tərəfindən 161 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 03 mart 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 420.76 manat ödənilməmiş hissə və 42.24 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 03 mart 2022-ci il tarixli ******* nömrəli üzrə hesablanmış 42.24 manat məbləğində cərimə azaldılaraq 0.24 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03 mart 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A12” markalı mobil telefon ekran qoruyucusu və “X4” markalı aksesuar üçün 421 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 mart 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon, ekran qoruyucusu və “X4” markalı aksesuar üçün 421 manat borc və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar