Məhkəmə qərarları › İş №2(030)-541/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-541/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-541/2023 15.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 24 yanvar 2022-ci il tarixli 108nkCNTR/22 nömrəli kredit müqaviləsi üzrə 718.21 manat əsas, 99.54 manat faiz, 24.63 manat cərimə borcu olmaqla, cəmi 842.38 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 13 avqust 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli 108nkCNTR/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024 müddətinə illik 20 faiz ödəmək şərtilə 722 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 718.21 manat əsas, 99.54 manat faiz, 24.63 manat cərimə borcu olmaqla, cəmi 842.38 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 24 yanvar 2022-ci il tarixli 108nkCNTR/22 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh xx.xx.2024 müddətinə illik 20 faiz ödəmək şərtilə 722 manat məbləğində kredit verilmiş və cavabdehə bank hesabı açılmışdır. İşə əlavə edilmiş 23 may 2023-cü il tarixli BANK/PİKMD/1106270 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 06 iyul 2023-cü il tarixə 718.21 manat əsas, 99.54 manat faiz, 24.63 manat cərimə borcu olmaqla, cəmi 842.38 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 23 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli 108nkCNTR/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024 müddətinə illik 20 faiz ödəmək şərtilə 722 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 718.21 manat əsas, 99.54 manat faiz, 24.63 manat cərimə borcu olmaqla, cəmi 842.38 manat məbləğində kredit borcu yaranmışdır. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 24 yanvar 2022-ci il tarixli 108nkCNTR/22 saylı kredit müqaviləsi üzrə hesablanmış 24.63 manat məbləğində cərimə azaldılaraq 0.25 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli 108nkCNTR/22 nömrəli kredit müqaviləsi üzrə 818 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 29 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24 yanvar 2022-ci il tarixli 108nkCNTR/22 nömrəli kredit müqaviləsi üzrə 818 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 29 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar