Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-542/2023 08.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 21 sentyabr 2020-ci il tarixli 7558sGNDJ/19 nömrəli kredit müqaviləsi üzrə 314.77 manat əsas, 81.79 manat faiz, 8.78 manat cərimə borcu olmaqla, cəmi 405.34 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 16 avqust 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır кi, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 21 sentyabr 2020-ci il tarixli 7558sGNDJ/19 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 35 faizədək olmaq şərtilə 120 ay müddətinə, kreditin ilkin məbləği 20000 manat təyin edilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 314.77 manat əsas, 81.79 manat faiz, 8.78 manat cərimə borcu olmaqla, cəmi 405.34 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 21 sentyabr 2020-ci il tarixli 7558sGNDJ/19 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC çoxu 120 ay müddətinə, illik 35 faizədək olmaq şərtilə 20000 manat məbləğədək krediti, kredit prosedurlarına görə 5%, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla cavabdehə verə bilər.. İşə əlavə edilmiş 23 may 2023-cü il tarixli BANK/PİKMD/1106273 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 23 may 2023-cü il tarixə 314.77 manat əsas, 81.79 manat faiz, 8.78 manat cərimə borcu olmaqla, cəmi 405.34 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 23 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 21 sentyabr 2020-ci il tarixli 7558sGNDJ/19 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 35 faizədək olmaq şərtilə 120 ay müddətinə, kreditin ilkin məbləği 20000 manat təyin edilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 314.77 manat əsas, 81.79 manat faiz, 8.78 manat cərimə borcu olmaqla, cəmi 405.34 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 21 sentyabr 2020-ci il tarixli 7558sGNDJ/19 nömrəli kredit müqaviləsi üzrə 405.34 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 21 sentyabr 2020-ci il tarixli 7558sGNDJ/19 nömrəli kredit müqaviləsi üzrə 405.34 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-542/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-542/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver