Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-543/2023 27.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC ) Cavabdeh qarşı kredit, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 03 iyun 2022-ci il tarixli 395nkGNDJ/22 nömrəli “Kredit müqaviləsi” üzrə 6882,20 manat əsas, 967,76 manat faiz və 33,47 manat cərimə borcu olmaqla, cəmi 7883,43 manat məbləğində kredit borcunun, 0,40 manat xidmət haqqının və ödənilmiş 98,84 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2022-ci il tarixli 395nkGNDJ/22 nömrəli “Kredit müqaviləsi” üzrə illik 23 faiz ödəmək şərti ilə 02 aprel 2027-ci il tarixədək 6949 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin 23 may 2023-cü il tarixə "xxxx" KB ASC-yə 6882,20 manat əsas, 967,76 manat faiz və 33,47 manat cərimə borcu olmaqla, cəmi 7883,43 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahat verib göstərmişdir ki, "xxxx" KB ASC-dən 03 iyun 2022-ci il tarixli 395nkGNDJ/22 nömrəli “Kredit müqaviləsi” üzrə illik 23 faiz ödəmək şərti ilə 02 aprel 2027-ci il tarixədək 6949 manat məbləğində kredit götürmüşdür. Maddi imkansızlıqdan krediti vaxtında ödəyə bilməmişdir. İddia tələbini qəbul edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş 03 iyun 2022-ci il tarixli 395nkGNDJ/22 nömrəli “Kredit müqaviləsi” surətindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2022-ci il tarixli 395nkGNDJ/22 nömrəli “Kredit müqaviləsi” əsasən Cavabdeh illik 23 faiz olmaqla 02 aprel 2027-ci il tarixədək 6949 manat məbləğində krediti verilmişdir. İşə əlavə edilmiş 23 may 2023-cü il tarixli Bank/PİKMD/1106262 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 03 iyun 2022-ci il tarixli 395nkGNDJ/22 nömrəli “Kredit müqaviləsi” üzrə 23 may 2023-cü il tarixə 6882,20 manat əsas, 967,76 manat faiz və 33,47 manat cərimə borcu olmaqla, cəmi 7883,43 manat məbləğində kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 30 noyabr 2022-ci il tarixli Bank/PİKMD saylı bildirişin surətindən görünür ki, Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq ödəmədiyi təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin, faizlərin, cərimələrin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 23 may 2023-cü il tarixli **********4 nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən 98,84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin iddia tələbini qəbul edir və məhkəmədən iddia tələbinin təmin olunmasın barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddianın cavabdeh tərəfindən etiraf edilməsi zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 03 iyun 2022-ci il tarixli 395nkGNDJ/22 nömrəli “Kredit müqaviləsi” üzrə 6882,20 manat əsas, 967,76 manat faiz və 33,47 manat cərimə borcu olmaqla, cəmi 7883,43 manat məbləğində kredit borcu alınıb iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 0,40 manat xidmət haqqı və 98,84 manat məbləğində dövlət rüsumu cavabdehdən tuutlub iddiaçıya ödəniılməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 03 iyun 2022-ci il tarixli 395nkGNDJ/22 nömrəli “Kredit müqaviləsi” üzrə 6882,20 manat əsas, 967,76 manat faiz və 33,47 manat cərimə borcu, 0,40 manat xidmət haqqının və ödənilmiş 98,84 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7982 (yeddi min doqquz yüz səksən iki) manat 67 (altmış yeddi) qəpik məbləğində pul alınıb iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi tarixdən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. . Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-543/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-543/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver