Məhkəmə qərarları › İş №2(030)-544/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-544/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-544/2023 08.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh1 və Cavabdeh2 28 mart 2022-ci il tarixli 170nkSMKR/22 nömrəli kredit müqaviləsi üzrə 2304.58 manat əsas, 616.16 manat faiz, 22.58 manat cərimə borcu olmaqla, cəmi 2943.32 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 49.44 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 16 avqust 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır кi, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2022-ci il tarixli 170nkSMKR/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025 müddətinə illik 29.5 faiz ödəmək şərtilə 2500 manat məbləğdə kredit verilmişdir. Eyni zaman kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsəilə digər Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 2304.58 manat əsas, 616.16 manat faiz, 22.58 manat cərimə borcu olmaqla, cəmi 2943.32 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 28 mart 2022-ci il tarixli 170nkSMKR/22 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025 müddətinə illik 29.5 faiz ödəmək şərtilə 2500 manat məbləğdə kredit verilmiş və ona bank hesabı açılmışdır. Eyni zaman kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə digər Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür İşə əlavə edilmiş 19 iyun 2023-cü il tarixli BANK/PİKMD/1112701 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" KB ASC-yə 19 iyun 2023-cü il tarixə 2304.58 manat əsas, 616.16 manat faiz, 22.58 manat cərimə borcu olmaqla, cəmi 2943.32 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 19 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 49.44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2022-ci il tarixli 170nkSMKR/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025 müddətinə illik 29.5 faiz ödəmək şərtilə 2500 manat məbləğdə kredit verilmişdir. Eyni zaman kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsəilə digər Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdehlər əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 2304.58 manat əsas, 616.16 manat faiz, 22.58 manat cərimə borcu olmaqla, cəmi 2943.32 manat məbləğində kredit borcu yaranmışdır. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 28 mart 2022-ci il tarixli 11221077 nömrəli üzrə hesablanmış 22.58 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 28 mart 2022-ci il tarixli 170nkSMKR/22 nömrəli kredit müqaviləsi üzrə 2922.74 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 49 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28 mart 2022-ci il tarixli 170nkSMKR/22 nömrəli kredit müqaviləsi üzrə 2922.74 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 49 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar