Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-55/2025 27.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra BOKT "xxxx" MMC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlərdən mütərək qaydada 3101 manat əsas, 1245,57 manat faiz və 92,88 manat cərimə borcu olmaqla, cəmi 4439,45 manat məbləğində kredit borcunun və ödənilmiş 65,39 manat dövlət rüsumunun tutularaq BOKT "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 sentyabr 2023-cü il tarixli 24832 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 28% omaqla 36 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədi ilə digər borclular (zaminlər) Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 kredit alan Cavabdeh1 bank qarşısındakı öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdələrinə götürmüşlər. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə bağlanmış 24832 nömrəli, 08 sentyabr 2023-cü il tarixli girov müqaviləsinə əsasən cavabdehə məxsus ümumi çəkisi 171,7 qram və 7200 manat olan qızıl-zinyət əşyaları BOKT "xxxx" MMC-nin xeyrinə girov qoymuşdur. Cavabdehə borc məbləğinin ödənilməsi, əks təqdirdə girovda olan ona məxsus qızıl-zinyət əşyalarının satılacağı barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəmək imkan olmadığını bildirərək, imtina etmişdir. Odur ki, cavabdeh 24832 nömrəli, 08 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyə əməl etmədiyinə görə, eyni nömrəli girov müqaviləsi əsasında girovda olan qızıl-zinyət əşyaları yenidən qiymətləndirilərək satılıb borcunun bir hissəsinə ödənilmişdir. Cavabdehlərin 17 oktyabr 2024-cü il tarixə 3101 manat əsas, 1245,57 manat faiz və 92,88 manat cərimə borcu olmaqla, cəmi 4439,45 manat məbləğində kredit borcları yaranmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşə əlavə edilmiş 08 sentyabr 2023-cü il tarixli 24832 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 sentyabr 2023-cü il tarixli 24832 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 28% omaqla 36 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.11-ci bəndinə əsasən, bu müqavilənin icrası təmin edilməli olan öhdəlik icra olunmadıqda zaminə və ya borcalana, həmçinin onların hər ikisnə birlikdə borcverənin tələbi irəli sürmək hüququ vardır. Müqavilənin 3.13-cü bəndinə əsasən, girov qoyan müqavilənin nəzərdə tutulan öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girovla təmin edilən öhdəliyin icra müddətinin başa çatmasına qədər ödənişi girov predmetinə yönəldiləcəkdir. Müqavilənin 3.14-cü bəndinə əsasən, borcalan girov əmanətinin satışı üzrə ictimai auksionda, yaxud başqa üsullarla satışında iştirak etmək hüququna malikdir. Müqavilənin 3.15-ci bəndinə əsasən, qızıl əşyalarının satışından sonra kredit borcu və kreditdən istifadəyə görə hesablanmış faiz borcu qalarsa, yerdə qalan borcu borcalan və zaminin öhdəliyi sayılır. İşə əlavə edilmiş 08 sentyabr 2023-cü il tarixli 24832 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Cavabdeh2 kredit alan Cavabdeh1 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 08 sentyabr 2023-cü il tarixli 24832 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Cavabdeh3 kredit alan Cavabdeh1 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 08 sentyabr 2023-cü il tarixli 24832 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Cavabdeh4 kredit alan Cavabdeh1 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 08 sentyabr 2023-cü il tarixli 24832 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Cavabdeh5 kredit alan Cavabdeh1 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 21 fevral 2024-cü il tarixli 24832 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Cavabdeh6 kredit alan Cavabdeh1 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş Cavabdeh1 21 fevral 2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, 08 sentyabr 2023-cü il tarixdə 24832 saylı ərizəyə əsasən 171,7 qram çəkidə 7200 manat dəyərində qızıl-zinyət əşyalarını girova qoyaraq Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 zaminliyi ilə 36 ay müddətinə 14000 manat kredit borcu götürmüşdür. Krediti götürdüyü vaxtdan 3 ayını ödədikdən sonra səhhətində və biznesində yaranmış problemlərlə əlaqədar olaraq kredit ödənişini ödəyə bilmədiyindən girov qoyduğui 171,7 qram çəkidə qızıl əşyalarının satılaraq kredit borcunun bir hissəsinə ödənilməsinə icazə verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş 21 fevral 2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, 08 sentyabr 2023-cü il tarixli 24832 nömrəli grov müqaviləsi üzrə girova qoyulmuş əşyaların təhvil verilməsi ilə bağlı BOKT "xxxx" MMC-nin Şəmkir filialının zərgəri X1 ilə Cavabdeh1 aktı tərtib etmişlər ondan ötrü ki, təhvil alan BOKT "xxxx" MMC-nin Şəmkir filialı arasında bağlanmış 08 sentyabr 2023-cü il tarixli 24832 nömrəli grov müqaviləsi üzrə 500 əyarlı, 15,1 qram çəkidə olan 2 ədəd boyunbağı və 585 əyarlı 15,6 qram çəkidə 1 ədəd kopmlekt Cavabdeh1 təhvil verilmişdir. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir. İşə əlavə edilmiş 23 fevral 2024-cü il tarixli girovun satış aktının surətindən görünür ki, Cavabdeh1 məxsus 1000,50 manat dəyərində 500 əyarlı, 156,1 çəkidə 2 ədəd boyun bağı və 1087 manat dəyərində 585 əyarlı, 15,6 qram çəkidə bir cüt dəst, cəmi 171,7 qram çəkidə qızıl-zinyət əşyaları bazar qiymətinə uyğun olaraq 11092 manata satılmışdır. İşə əlavə edilmiş 23 fevral 2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, BOKT "xxxx" MMC-nin Şəmkir filialının hesabına kreditin əsas hissəsi üzrə 9578 manat, faiz hissəsi üzrə 269 manat olmaqla, cəmi 9874 manat ödənilmişdir. İşə əlavə edilmiş 23 fevral 2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, BOKT "xxxx" MMC-nin Şəmkir filialının hesabına kreditin əsas hissəsi üzrə 932,06 manat, faiz hissəsi üzrə 227,81 manat və cərimə hissəsi üzrə 58,13 manat olmaqla, cəmi 1218 manat ödənilmişdir. İşə əlavə edilmiş 17 oktyabr 2024-cü il tarixli 396 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 17 oktyabr 2024-cü il tarixə BOKT "xxxx" MMC-yə 3101 manat əsas, 1245,57 manat faiz və 92,88 manat cərimə borc olmaqla, cəmi 4439,45 manat təşkil etmişdir. İşə əlavə edilmiş 17 oktyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, BOKT "Viator Mikrokredit Azərbaycan” MMC tərəfindən 64,39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 sentyabr 2023-cü il tarixli 24832 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 28% omaqla 28 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədi ilə digər borclular (zaminlər) Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 kredit alan Cavabdeh1 bank qarşısındakı öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdəı borcverənə qaytarmağı öhdələrinə götürmüşlər. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə bağlanmış 24832 nömrəli, 08 sentyabr 2023-cü il tarixli girov müqaviləsinə əsasən ona məxsus ümumi çəkisi 171,7 qram və dəyəri 7200 manat olan qızıl-zinyət əşyaları BOKT "xxxx" MMC-nin xeyrinə girov qoymuşdur.Cavabdehə borc məbləğinin ödənilməsi, əks təqdirdə girovda olan ona məxsus qızıl-zinyət əşyalarının satılacağı barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəmək imkan olmadığını bildirərək, imtina etmişdir. Odur ki, cavabdeh 24832 nömrəli, 08 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyə əməl etmədiyinə görə, eyni nömrəli girov müqaviləsi əsasında girovda olan qızıl-zinyət əşyaları yenidən qiymətləndirilərək satılıb borcunun bir hissəsinə ödənilmişdir. Hazırda cavabdehlərin 17 oktyabr 2024-cü il tarixə 3101 manat əsas, 1245,57 manat faiz, 92,88 manat cərimə borcu olmaqla, cəmi 4439,45 manat kredit borcları yaranmışdır. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. AR MM-in 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan başqa, həmin Məcəllənin 399.4-cü madəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə müvafiq olaraq, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mütərək qaydada 3101 manat əsas, 1245,57 manat faiz, 92,88 manat cərimə borcu olmaqla, cəmi 4439,45 manat kredit borcu tutulub iddiaçı BOKT "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 64,39 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mütərək qaydada 3101 manat əsas, 1245,57 manat faiz, 92,88 manat cərimə borcu olmaqla, cəmi 4439,45 (dörd min dörd yüz otuz doqquz manat qırx beş qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 64,39 (altmış dörd manat otuz doqquz qəpik) manat dövlət rüsumu tutulub iddiaçı BOKT "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-55/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-55/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver