Məhkəmə qərarları › İş №2(030)-552/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-552/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-552/2023 03.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ndan 13 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı televizor üçün 494 manat və 11 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı televizor üçün 442 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 28 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 34.68 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı televizoru 624.34 manata satın almışdır. 11 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 33.23 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı televizoru 598.14 manata satın almışdır. Cavabdehin MMCyə 13 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 449.24 manat ödənilməmiş hissə, 44.76 manat cərimə borcu və 11 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 401.14 manat ödənilməmiş hissə və 40.86 manat cərimə borcu olmaqla, ümumilikdə 936 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 13 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 34.68 manat ödəməklə 18 ay müddətinə alqısatqı qiyməti 624.24 manat olan 1 ədəd "xxxx" markalı televizoru satın almış və 13 fevral 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “HOFFMANN LED 32A3600” markalı televizor Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 11 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 11 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 33.23 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 598.14 manat olan 1 ədəd "xxxx" markalı televizoru satın almış və 11 fevral 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “HOFFMANN LED 32A3600” markalı televizor Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 iyul 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh nun 13 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı televizor üçün 449.24 manat ödənilməmiş hissə və 44.76 manat cərimə borcu, 11 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən paket “M” və 1 ədəd "xxxx" markalı televizor üçün 401.14 manat ödənilməmiş hissə və 40.86 manat cərimə borcu olmaqla, ümumilikdə isə 936 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 18 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 13 fevral 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı televizoru 624.24 manata və 11 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı televizoru 598.14 manata satın almışdır. Cavabdehin MMC-yə 13 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 449.24 manat ödənilməmiş hissə və 44.76 manat cərimə borcu, 11 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 401.14 manat ödənilməmiş hissə və 40.86 manat cərimə borcu olmaqla, ümumilikdə 936 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 372 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 13 fevral 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 44.76 manat məbləğində cərimə azaldılaraq 0.76 manat, 11 fevral 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 40.86 manat məbləğində cərimə azaldılaraq 0.86 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13 fevral 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 450 manat və 11 fevral 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 402 manat, ümumilikdə 852 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13 fevral 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 450 manat, 11 fevral 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 402 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Aprel lyasiya Məhkəməsinə aprel lyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar