Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-555/2023 03.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 aprel 2022-ci il tarixli 03551130 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “HOFFMANN LED” markalı televizor üçün 621 manat və 15 aprel 2022-ci il tarixli 03551129 nömrəli “Müqaviləyə” əsasən paket “M” və 1 ədəd "xxxx" markalı mobil telefon üçün 371 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 28 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2022-ci il tarixli 03551130 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 34.68 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “HOFFMANN LED” markalı televizoru 624.34 manata satın almışdır. 15 aprel 2022-ci il tarixli 03551129 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 33 manat ödəməklə 12 ay müddətinə paket “M” və 1 ədəd "xxxx" markalı mobil telefonu 396 manata satın almışdır. Cavabdehin MMC-yə 15 aprel 2022-ci il tarixli 03551130 nömrəli “Müqavilə” üzrə 564.24 manat ödənilməmiş hissə, 56.76 manat cərimə borcu və 15 aprel 2022-ci il tarixli 03551129 nömrəli “Müqavilə” üzrə 338 manat ödənilməmiş hissə və 33 manat cərimə borcu olmaqla, ümumilikdə 992 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 15 aprel 2022-ci il tarixli 03551130 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2022-ci il tarixli 03551130 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 34.68 manat ödəməklə 18 ay müddətinə alqısatqı qiyməti 624.24 manat olan 1 ədəd “HOFFMANN LED” markalı televizoru satın almış və 15 aprel 2022-ci il tarixli 03551130 nömrəli müqaviləyə əsasən 1 ədəd “HOFFMANN LED 32A3600” markalı televizor Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 15 aprel 2022-ci il tarixli 03551129 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 15 aprel 2022-ci il tarixli 03551129 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 33 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 396 manat olan paket “M” və 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 15 aprel 2022-ci il tarixli 03551129 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********90810 olan “NOKİA 2.4 DS 2/32GB Purple” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 24 iyul 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15 aprel 2022-ci il tarixli 03551130 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “HOFFMANN LED” markalı televizor üçün 564.24 manat ödənilməmiş hissə və 56.76 manat cərimə borcu, 15 aprel 2022-ci il tarixli 03551129 nömrəli “Müqaviləyə” əsasən paket “M” və 1 ədəd "xxxx" markalı mobil telefon üçün 338 manat ödənilməmiş hissə və 33 manat cərimə borcu olmaqla, ümumilikdə isə 992 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 25 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 15 aprel 2022-ci il tarixli 03551130 nömrəli müqaviləyə əsasən 1 ədəd “HOFFMANN LED” markalı televizoru 624.24 manata və 15 aprel 2022-ci il tarixli 03551129 nömrəli “Müqaviləyə” əsasən paket “M” və 1 ədəd "xxxx" markalı mobil telefonu 396 manata satın almışdır. Cavabdehin MMC-yə 15 aprel 2022-ci il tarixli 03551130 nömrəli “Müqavilə” üzrə 564.24 manat ödənilməmiş hissə və 56.76 manat cərimə borcu, 15 aprel 2022-ci il tarixli 03551129 nömrəli “Müqavilə” üzrə 338 manat ödənilməmiş hissə və 33 manat cərimə borcu olmaqla, ümumilikdə 992 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 118 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 15 aprel 2022-ci il tarixli 03551130 nömrəli müqavilə üzrə hesablanmış 56.76 manat məbləğində cərimə azaldılaraq 0.76 manat, 15 aprel 2022-ci il tarixli 03551129 nömrəli müqavilə üzrə hesablanmış 33 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 aprel 2022-ci il tarixli 03551130 nömrəli müqavilə üzrə 565 manat və 15 aprel 2022-ci il tarixli 03551129 nömrəli müqavilə üzrə 339 manat, ümumilikdə 904 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 aprel 2022-ci il tarixli 03551130 nömrəli müqavilə üzrə 565 manat, 15 aprel 2022-ci il tarixli 03551129 nömrəli müqavilə üzrə 339 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Aprel lyasiya Məhkəməsinə aprel lyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-555/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-555/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver