Məhkəmə qərarları › İş №2(030)-556/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-556/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-556/2023 29.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 may 2022-ci tarixli 03391300 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A52” markalı mobil telefon üçün 1156 manat borc və ödənilmiş 31.56 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 31 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 may 2022-ci tarixli 03391300 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 21 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy A52” markalı mobil telefonu 1112.04 manata satın almışdır. Cavabdeh tərəfindən 62 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 12 may 2022-ci tarixli 03391300 nömrəli “Müqavilə” üzrə 1050.04 manat ödənilməmiş hissə və 105.96 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 12 may 2022-ci tarixli 03391300 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 may 2022-ci il tarixli 03391300 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 61.78 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1112.04 manat olan 1 ədəd “Samsung Galaxy A52” markalı mobil telefonu satın almış və İMEİ kodu **********79669 olan “Samsung Galaxy A52 (SM- A525) 128GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 24 iyul 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 may 2022-ci il tarixli 03391300 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A52” markalı mobil telefon üçün 1050.04 manat ödənilməmiş hissə və 105.96 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 25 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 31.56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 12 may 2022-ci il tarixli 03391300 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A52 ” markalı mobil telefonu 1112.04 manata satın almışdır. Cavabdeh tərəfindən 62 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 12 may 2022-ci il tarixli 03391300 nömrəli “Müqavilə” üzrə 1050.04 manat ödənilməmiş hissə və 105.96 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 12 may 2022-ci il tarixli 03391300 nömrəli müqavilə üzrə hesablanmış 105.96 manat məbləğində cərimə azaldılaraq 0,96 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 may 2022-ci il tarixli 03391300 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A52 ” markalı mobil telefon üçün 1051 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 31.56 manat məbləğində dövlət rüsumunun 28 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 may 2022-ci il tarixli 03391300 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A52” markalı mobil telefon üçün 1051 manat borc və ödənilmiş 28 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar