Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-557/2023 03.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Toshiba Led” markalı televizor üçün 566 manat, 26 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 357 manat borc və 25 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A03s” markalı mobil telefon və "xxxx" markalı aksesuar üçün 203 manat və ödənilmiş 31.26 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 18 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 40.07 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Toshiba Led” markalı televizoru 721.26 manata satın almışdır. 26 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 25.03 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu 530.74 manata satın almışdır. 25 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 23.28 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A03s” markalı mobil telefon və "xxxx" markalı aksesuarı 442.56 manata satın almışdır. Cavabdehin MMC-yə 27 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 514.36 manat ödənilməmiş hissə, 51.64 manat cərimə borcu,26 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 324.44 manat ödənilməmiş hissə və 32.56 manat cərimə borcu və 25 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 184.78 manat ödənilməmiş hissə, 18.22 manat cərimə borcu olmaqla, ümumilikdə 1126 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 27 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 40.07 manat ödəməklə 18 ay müddətinə alqısatqı qiyməti 721.26 manat olan 1 ədəd “Toshiba Led” markalı televizoru satın almış və 27 noyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Toshiba Led 32L5069” markalı televizoru Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 26 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 26 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 25.03 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 530.74 manat olan 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu satın almış və 26 noyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********79327 Nolan “Samsung Galaxy A12 (SM-A125) 64GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 25 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 25 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 23.28 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 442.56 manat olan 1 ədəd “Samsung Galaxy A03s” markalı mobil telefon və "xxxx" markalı aksesuarı satın almış və 25 dekabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********06158 olan “Samsung Galaxy A03s (SM-A037) 64GB Blue” markalı mobil telefon və “X3 Samsung A03s” markalı aksesuar Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 24 iyul 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Toshiba Led” markalı televizor üçün 514.36 manat ödənilməmiş hissə və 51.64 manat cərimə borcu, 26 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 324.44 manat ödənilməmiş hissə və 32.56 manat cərimə borcu, 25 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A03s” markalı mobil telefon və "xxxx" markalı aksesuarı satın üçün 184.78 manat ödənilməmiş hissə və 18.22 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1126 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 25 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 31.26 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 27 noyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Toshiba Led” markalı televizoru 721.26 manata, 26 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu 530.74 manata, 25 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A03s” markalı mobil telefon "xxxx" markalı aksesuarı 442.56 manata satın almışdır. Cavabdehin MMC-yə 27 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 514.36 manat ödənilməmiş hissə və 51.64 manat cərimə borcu, 26 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 324.44 manat ödənilməmiş hissə və 32.56 manat cərimə borcu, 25 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 184.78 manat ödənilməmiş hissə və 18.22 manat cərimə borcu olmaqla, ümumilikdə 1126 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 670.98 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 27 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 51.64 manat məbləğində cərimə azaldılaraq 0.64 manat, 26 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 32.56 manat məbləğində cərimə azaldılaraq 0,56 manat, 25 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 18.22 manat məbləğində cərimə azaldılaraq 0.22 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 27 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 515 manat, 26 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 325 manat, 25 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 185 manat olmaqla, ümumilikdə 1025 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 31.26 manat məbləğində dövlət rüsumunun 28 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 515 manat, 26 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 325 manat, 25 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 185 borcun və ödənilmiş 28 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-557/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-557/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver