Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-558/2023 20.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 yanvar 2022-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən “Samsung” markalı tozsoran üçün 167 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 197 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 24 avqust 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2022-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 27 manat ödəməklə 12 ay müddətinə “Samsung” markalı tozsoranı 324 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 172 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 22 yanvar 2022-ci tarixli ******* nömrəli “Müqavilə” üzrə 152 manat ödənilməmiş hissə və 15 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 22 yanvar 2022-ci tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2022-ci tarixli ******* nömrəli “Müqavilə”yə əsasən “Samsung” markalı tozsoranı satın almış, 22 yanvar 2022-ci tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung VC18M21C0VN/EV” markalı tozsoran Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 25 iyul 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22 yanvar 2022-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən “Samsung” markalı tozsoran üçün 152 manat ödənilməmiş hissə və 15 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 26 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 22 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “Samsung” markalı tozsoranı 324 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 172 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 22 yanvar 2022-ci tarixli ******* nömrəli üzrə hesablanmış 15 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “Samsung” markalı tozsoran üçün 153 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “Samsung” markalı tozsoran üçün 153 manat borcu və ödənilmiş 29 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-558/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-558/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver