Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-559/2023 08.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 02 noyabr 2021-ci il tarixli 800804-932540/2 nömrəli kredit müqaviləsi üzrə 6808,27 manat əsas və 39,63 manat faiz borcu olmaqla, ümumilikdə 6847,90 manat və 02 noyabr 2021-ci il tarixli 800798-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən 2239,30 manat əsas və 6,84 manat faiz borcu olmaqla, cəmi 2246,14 manat məbləğində kredit borcu, cəmi hər iki kredit müqaviləsi üzrə 9047,57 manat əsas, və 46.47 manat faiz borcu olmaqla, ümumilikdə 9094,04 manat borcun və 111,35 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli 800804- 932540/2nömrəli kredit müqaviləsinə əsasən norcluya 36 ay müddətinə illik 17.5 faiz dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmişdir. Həmçinin, 02 noyabr 2021-ci il tarixli 800798-PC********** nömrəli kredit xətti müqaviləsinmə əsasən borcluya 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 2240 manat məbləğində kredit xətti ayrılmışdır. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə Cavabdeh arasında 02 noyabr 2021-ci il tarixli 800804-932540/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər üzərilərinə düşən öhdəliyi vaxtına və lazımınca yerinə yetirməmişlər. X1 13 mart 2023-cü il tarixdə vəfat etmişdir. Borcalan vəfat etdiyi tarixə faiz borcu dayandırılmış və 03 avqust 2023-cü il tarixdə cavabdehin 02 noyabr 2021-ci il tariuxli 800804-932540/2 nömrəli kredit müqaviləsi üzrə 6808,27 manat əsas və 39,63 manat faiz borcu olmaqla, cəmi 6847,90 manat, 02 noyabr 2021-ci il tarixli 800798-PC********** nömrəli kredit müqaviləsi üzrə 2239,30 manat əsas və 6,84 manat afiz borcu olmaqla, cəmi 2246,14 manat məbləğində kredit borcu yaranmışdır. Dəfələrlə tələb etmələrinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 13 mart 2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə uyğun olaraq qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. İş üzrə göründüyü kimi, bank tərəfindən mərhum X4 13 mart 2023-cü il tarixdə vəfat etdiyindən iddiaçı yalnız onun mirası qəbul etmiş vərəsələrinə qarşı iddia qaldıra bilərdi və yalnız vərəsələr borcu ödəmədikdə zaminlərə qarşı iddia qaldırıla bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-559/2023
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-559/2023
08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver